“Təchizat üzrə mütəxəssis” tələb olunur
NH Group MMC “Təchizat üzrə mütəxəssis” vakansiyasına müraciəti açıq elan edir .
İş barədə məlumat :
-Satınalma sifarişlərinin qəbulu və təmin olunması;
– Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;
– Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
– Şirkəti mal-material, xammal və avadanlıqlarla təmin edilməsi;
– Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqların aparılması;
– Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi;
– Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə-kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət olunması;
– Struktur daxili müfaviq hesabatların hazırlanması
İş qrafiki : 5 günlük
Tələblər :
-Təhsil : Ali
-İş təcrübəsi : 1 ildən 3 ilə qədər
-Yaş : 22 – 40
-Cins : Qadın
-Yalnız Qadın namizədlər
-Dil bilikləri : İngilis və rus dillərini yaxşı səviyyədə bilməli.
-Kompüter bilikləri: MS Office proqramlarında (xüsusilə Excel proqramı üzrə) və 1 C Enterprise yüksək səviyyədə biliklər.
-Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklərə sahib olmalı;
– Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq;
– Güclü təşkilatçılıq bacarığı;
– Analitik düşüncə;
– Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;
– Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
– Danışıqların aparılması sahəsində bacarıqlar.
Vakansiyaya müraciət etmək üçün “Təchizat üzrə mütəxəssis” başlığı ilə [email protected] e-mail adresinə CV göndərə bilərsiniz.
Vakansiyalar
-
6 saat, 57 dəq
Casino Boomerang – Sicherheits‑Guide für österreichische Spieler
- 12 saat, 27 dəq
-
16 saat, 25 dəq
Online Casino: How to Select a Platform and Commence Playing
- 17 saat, 33 dəq
-
20 saat, 52 dəq
WildRobin στην Ελλάδα – Πλήρης οδηγός καζίνο, μπόνους και ασφαλή παιχνίδι