Superfon təchizat üzrə kiçik mütəxəssis axtarır (Bakı)

Mütəxəssis


İşəgötürən: Superfon

Vakansiya: Təchizat üzrə kiçik mütəxəssis (Bakı)

Son tarix: 14 iyun 2022

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə min. 1-2 il
Təhsil: Ali

Vəzifə öhdəlikləri:

-Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;

-Sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasının təşkil edilməsi;

-Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);

-Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;

-Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;

-Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;

-Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirmək;

-Bütün tələb olunan sənədləşmə və yazışmaları aparmaq;

-Təchizat/satınalma müqavilələrini hazırlamaq və razılaşdırılmasını təşkil etmək.

Tələblər:

-İşgüzar ünsiyyət etikası;

-Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;

-Hesabatların tərtib edilməsi bilikləri;

-ERP sistemdə və ofis proqramlarında işləmə bacarığı.

-Şəxsi avtomobil

Təminatlar:

-Nahar ilə təmin edilmə;

-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;

-Korporativ mobil nömrə.

Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Təchizat üzrə kiçik mütəxəssis (Bakı)” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 13.06.22

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]