Sumqayıt Texnologiyalar Parkı aparıcı hüquqşünas axtarır
İşəgötürən: Sumqayıt Texnologiyalar Parkı
Vakansiya: Aparıcı Hüquqşünas
Son tarix: 11 may 2022
Bizim üçün uyğun namizəd:
-Ali hüquq təhsili olmalı;
-Korporativ hüquq sahəsi üzrə minimum 2 (iki) il iş təcrübəsinə malik olmalı;
-Öz sahəsi üzrə normativ-hüquqi aktları və onların tətbiqi qaydalarını bilməli;
-Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
-Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
-Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yüksək səviyyədə bilməli;
-Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
-Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
-İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz:
-Cəmiyyətdaxili əmr, təlimat, prosedur və proseslərin tərtibatı və razılaşdırılması və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təklif verilməsi;
-Dövlət orqanlarının müraciətlərinə cavab vermək və ya aidiyyəti üzrə digər struktur bölmələrə yönləndirmək, dövlət orqanlarında Cəmiyyəti təmsil etmək;
-Sənaye parkında Cəmiyyətin təmsil edilməsi, müvafiq sənədlərin hazırlanması, sorğuların cavablandırılması;
-Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
-Hüquqi ekspertiza üçün daxil olan Cəmiyyətdaxili normativ sənədlərin və müqavilələrin layihələrinə rəy vermək;
-Cəmiyyətin və onun törəmələrinin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
-Cəmiyyətin törəmələrinin istehsal etdiyi əmtəələrə lisenziya və sertifikatların əldə edilməsi üçün hüquqi dəstək göstərmək;
-Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.
Nə əldə edəcəksiniz?
-Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
-Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
-Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
-Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
-İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
-İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı Hüquqşünas” yazaraq 11.05.2022-ci il tarixinədək göndərilməsi xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
6 saat, 42 dəq
W jaki sposób nowoczesna technologia przekształca oblicze zabawy
-
1 ay, 2 həftə, 1 gün, 4 saat, 1 dəq
Arisealpha Launches Easy-to-use Ai Crypto Trading Bot For First-time Buyers In 2026
- 7 ay, 3 həftə, 4 gün, 17 saat, 22 dəq
- 7 ay, 3 həftə, 4 gün, 17 saat, 24 dəq
- 7 ay, 3 həftə, 4 gün, 17 saat, 25 dəq