STP sosial şəbəkələri idarə edə bilən axtarır (Sumqayıt)

STP Şirkətlər Qrupunun (Sumqayıt Texnologiyalar Parkı) Kommunikasiya bölməsi SMM üzrə təcrübəçi vakansiyası elan edir.
2012-ci ildən etibarən bazarda fəaliyyət göstərən şirkətimiz regionun ilk və ən böyük texnoparkıdır. Özündə 10-dan artıq istehsalat müəssəsini cəmləşdirən STP Şirkətlər Qrupunun məhsulları “Made in Azerbaijan” brendi altında dünya bazarında da öz yerini tutmaqdadır.
Tələblər:
– Ali təhsilli ( Filalogiya və jurnalistika sahələrində ali təhsil arzuolunandır);
– Sosial şəbəkələrdən effektiv istifadə etmə bacarığı;
– Aktiv, kreativ və inkişafa meyilli;
– Yüksək səviyyədə araşdırma qabiliyyəti;
– Fərdi və komandada işləmə bacarığı;
– Səbrli, məsuliyyətli və gərgin iş rejimində çalışma qabiliyyəti;
– Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarığına sahib;
– Azərbaycan dili yüksək səviyyədə olmalı, ingilis dili və rus dili arzuolunandır;
Əlavə məlumatlar:
– Əmək haqqı 300 AZN;
– Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
– İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
– İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə, 10 iyun 2022-ci il tarixinədək CV-nizi mövzu yerinə “SMM üzrə təcrübəçi” yazmaqla [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Vakansiyalar
- 1 gün, 19 saat, 8 dəq
- 5 gün, 18 saat, 58 dəq
- 5 gün, 19 saat, 1 dəq
- 6 gün, 12 saat, 16 dəq
- 6 gün, 12 saat, 58 dəq