SpektrMed beynəlxalq əlaqələr və distribyutorluq şöbəsi üzrə mütəxəssis axtarır

Mütəxəssis

mutəxəssis 1


İşəgötürən: SpektrMed

Vakansiya: Beynəlxalq əlaqələr və Distribyutorluq şöbəsi üzrə mütəxəssis

Son tarix: 10 iyun 2022

Vəzifə öhdəlikləri:

-Xarici və daxili bütün satınalma prosesinin təşkili;

-Xarici və daxili təchizatçıları araşdırmaq, arasından seçim etmək və təchizatçı bazasını daim yeniləmək;

-Xarici və daxili təchizatçılar ilə işgüzar yazışma və danışıqların aparılması;

-Sifariş olunan məhsulların ölkəyə çatdırılmasının təşkili;

-Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılaraq rəhbərliyə təqdim edilməsi; 

-Satınalmaların təşkili ilə bağlı tələb olunan sənədləşmə işlərinin aparılması;

-Satınalma ilə bağlı hesabat, təqdimat və digər zəruri  sənədlərin hazırlanması.

 Namizədə aid tələblər:

-Ali təhsil; 

-Yüksək səviyyədə İngilis və Rus dili biliyi;

-Yüksək səviyyədə şifahi və yazılı danışıqların aparılması bacarığı;

-Bazarı təhlil etmək bacarığı;

-Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və  təşkil etmək, komandada işləmək bacarıqları;

-Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları;

-Microsoft Office (Word, Excel), 1C proqramlarında işləmə bacarığı.

 İş qrafiki:

-Həftə içi 09:00-dan 18:00-a dək, şənbə günü 10:00-dan 13:00-dək;

-Korporativ nömrə;

-Əməkhaqqı: müsahibə əsasında;

-Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır;

-Ünvan: Bakı şəh, Yasamal rayonu Nazim Hikmət küç 30C.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]