Small Medium Enterprises korporativ-hüquqşünas axtarır

Hüquqşünas

Hüquqşünas


İşəgötürən: Small Medium Enterprises

Vakansiya: Korporativ-hüquqşünas

Son tarix: 28 iyul 2022

İş barədə məlumat: 

-Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;

-Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;

-İstənilən təşkilati-hüquqi formada hüquqi şəxslərin yaradılması;

-Xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;

-Hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatların dövlət qeydiyyatına alınması: (Hüquqi ünvan dəyişikliyi, təsisçi dəyişikliyi, direktor dəyişikliyi, nizamnamə kapitalının artırılması və ya azaldılması, ad dəyişikliyi, nizamnaməyə-əsasnaməyə edilən hər hansı digər dəyişikliklərin qeydə alınması);

-Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;

-Hüquqi şəxsin yenidən təşkilin (ayrılma, bölünmə və s) qeydiyyatı;

-Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi

-Əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyata alınması

-Qiymətli kağızların buraxılmasının, yerləşdirilməsinin müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınması;

-Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;

-Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;

-Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;

-Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;

-İkiqat vergitutmanın aradan qaldırılması ilə bağlı DTA formalarının alınması;

-Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;

-Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət edilməsi;

-Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prosesdə iştirak etmək;

-Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;

 Namizədə tələblər:

-Təhsili/ixtisası: Hüquq üzrə ali təhsil 

-Cins: Qadın

-Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rus və ingilis dili – əla

-Kompüter bilikləri: MS Office (Excel, Word) proqramlarından sərbəst istifadə edə bilmə bacarığı

-Fərdi keyfiyyət tələbləri: Yeni bilik və bacarıqlara yiyələnməyə həvəsli və axtarış aparmaq qabiliyyətinə malik olmalı; Müvafiq sahə üzrə yüksək motivasiya ilə yanaşma; Detallara qarşı diqqətli və operativ; Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı. 

İş şəraiti: 

-Əmək haqqı: 500 azn (Net), əmək haqqı artandır.

-İş qrafiki : Tam iş günü (5 gün)

-Karyera yüksəlişi imkanı.

Ünvan: Yasamal ray., Akim Abbasov 1C, 15B.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın “Korporativ-hüquqşünas” adını qeyd etməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]