Şirkətə satınalma üzrə mütəxəssis axtarılır

-İşəgötürən: “Buta Supply” MMC”
-Vakansiya: SATINALMA ÜZRƏ MÜTƏXƏSSİS
– Maaş : 700-800 AZN
-Şəhər- Bakı
-Yaş- 22 – 25 yaş
-Təhsil- Ali
-İş təcrübəsi- 1 ildən aşağı
-Elanın tarixi- Aprel 19, 2022
-Bitmə tarixi- May 19, 2022
-E-mail- [email protected]
İş barədə məlumat
– Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi
– Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili, xarici bazarda araşdırılması
– Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların,danışıqların aparılması, görüşlərin təşkil edilməsi
– Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi
– Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi
– Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi
– Hesabatların hazırlanması və analiz olunması
Əlavə məlumat:
– Əmək haqqı: 700-800 azn
– İş qrafiki: I-V gün 09:00-dan 17:00-dək, VI gün 10:00-dan 14:00-dək, bazar-istirahət günü
– İş yeri: Bakı şəhəri
– Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır
Şirkət tərəfindən təmin edilir:
– korporativ nömrə
– ezamiyyə xərcləri
Namizədə tələblər
– Ali təhsil
– Qadın namizəd (22-35 yaş aralığı)
– Microsoft Office (Word, Excel) proqramlarında işləmə bacarığı
– Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı
– İngilis və rus dili biliyi ( mütləqdir)
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini [email protected] e-mail ünvanına “Satınalma üzrə mütəxəssis” başlığı ilə göndərmələri xahiş olunur.
Şirkət haqqında
2019-cu ildə yaranan Buta Supply MMC şirkəti qısa müddət içərisində etibarlı biznes tərəfdaşlıqları və peşəkar kollektivi sayəsində kiçik sahibkarlıq subyektindən orta sahibkarlıq subyektinə qədər yüksələ bilmişdir. Şirkətin əsas fəaliyyət sahəsi neft-qaz, mədənçilik, kənd təsərrüfatı, telekomunukasiya və digər sənaye sahələrində, o cümlədən turizm, ictimai və inzibati dövlət idarələri sektorlarında elektrik məhsullarının təchizatı işidir.
Ünvan
AZ1025, Bakı şəhəri Xətai rayonu 8 noyabr pr. 25E, Ağ Şəhər Ofis Binası
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 7 saat, 10 dəq
-
2 ay, 4 gün, 2 saat, 41 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 10 saat, 39 dəq
- 2 ay, 1 həftə, 5 gün, 10 saat, 29 dəq
- 2 ay, 1 həftə, 5 gün, 10 saat, 32 dəq