Şirkətə sağlamlıq üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Azmədənistehsal MMC
Vakansiya: Həkim ( Sağlamlıq üzrə mütəxəssis )
Son tarix: 07 may 2022
Vəzifə öhdəlikləri:
-İş öncəsi bütün işçilərin təzyiqinin və hərarətinin ölçülməsi, alkotest edilməsi;
-İşə yeni qəbul edilən işçilərin sağlamlıq haqqında arayışının yoxlanılması – ƏM və TT şöbəsinin menecerinə məlumat verilməsi (İşə qəbul sənədinə qeyd edilməklə) ;
-Hər bir sahədə baş verən qəzaların və bədbəxt hadisələrin qeydiyyata alınması, ilkin tibbi yardımın göstərilməsi və dərhal ƏM və TT şöbəsinin menecerinə məlumat verilməsi;
-Ehtiyac olduğu təqdirdə təcili tibbi yardıma (103) müraciət edib – çağrılması;
-Gündəlik müraciət edən işçilərin lazımi olan dərmanlarla təmin edilməsi, qeydiyyat vərəqəsinə və jurnalına qeyd edilməsi;
-Tibb məntəqəsinə təhvil verilən dərmanların istifadə müddətinin nəzarətdə saxlanılması və müddəti bitmiş dərmanların aktlaşdırılıb – ƏM və TT şöbəsinə təhvil verilməsi.
-Əmək intizamına, cəmiyyətdaxili və müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması
-İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması
-İş prosesindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi
-Rəhbərlik tərəfindən verilən yazılı və şifahi göstərişlərin yerinə yetirilməsi
İş şərtləri:
-6 günlük iş qrafiki (həftənin 5 günü 08:00-dan 16:00-a,şənbə günü 08:00-dan 14:00-a qədər)
-Əmək haqqı müsahibə əsasında təyin olunacaq
-İş yeri Xırdalan ərazisində yerləşir
-Nahar şirkət tərəfindən təmin olunur
-Servis xidməti mövcuddur
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Həkim” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiyalar
- 1 ay, 2 həftə, 1 gün, 8 saat, 36 dəq
-
1 ay, 3 həftə, 6 gün, 4 saat, 7 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 12 saat, 5 dəq
- 2 ay, 4 gün, 11 saat, 55 dəq
- 2 ay, 4 gün, 11 saat, 58 dəq