Şirkətə mühasib tələb olunur

İşəgötürən: Blue Center
Vakansiya: Mühasib
Son tarix: 11 may 2022
İş barədə məlumat:
-Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
-Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
-İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
-Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
-Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
-Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
-Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
-Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
-Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
-Əmək haqqına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
-Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
-İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
-Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Tələblər:
-Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit);
-3 il mühasib təcrübəsi;
-Yaş: 25-40
-İş yeri: 8 Noyabr pr, Zığ yolu 4 Blueresidence1C proqramı;
-İş saatı: 09:00 – 18:00
-İş günləri – 1-6cı günlər, Bazar günü istirahət günüdür
Uyğun namizədlərin CV-lərini müraciət et bölməsində qeyd edilmiş [email protected] e-mail adresinə göndərməyi xahiş olunur.
Vakansiyalar
- 1 saat, 4 dəq
-
1 saat, 47 dəq
İri şirkətə “Fraud və Dələduzluğa Qarşı Mübarizə üzrə Mütəxəssis” axtarılır
-
2 saat
PMD Projects “Keyfiyyətə nəzarət üzrə aparıcı elektrik mühəndisi” axtarır
- 2 saat, 17 dəq
- 2 saat, 47 dəq