Şirkətə “İT mütəxəssis” axtarılır

Proqramçı

it proqramci


İş Yeri: ATS Food

Vakansiya – “İT mütəxəssis”
İş məkanı: Sumqayıt
Tələblər:
– Təhsil səviyyəsi: Ali (İT və ya texniki elmlər sahəsində təhsil)
– İş təcrübəsi: Bu sahədə 2 il təcrübə
– Dil bilikləri: Azərbaycan dili (əla), Xarici dil: İngilis dili (Texniki)
Vəzifədən gözləntilər:
– PC və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğuları ilə işləmək.
-Əsas texniki problemləri təyin etmək və həll etmək.
– Windows client Ə/S-ləri həmçinin Microsoft Office proqramları üzrə işləmək.
– İP telefonların və İP kameraların iş prinsipinin, çıxan nasazlıqları aradan qaldırmaq.
– Antivirusların iş prinsipi , quraşdırılması və sazlanması barəsində məlumatlı olmaq.
– Ethernet, İP və şəbəkə cihazlarının iş prinsipləri barəsində məlumatlı olmaq.
– Windows Server, Active Directory və DNS anlayışından xəbərdar olmaq.
Vəzifə üzrə səriştələr:
– Problemləri düzgün analiz edə bilmə bacarığı
– İşində səliqəlilik, dəqiqlik və görülən işlərin sənədləşdirilməsi
– Məsuliyyətlilik, dəqiqlik, operativlik
– Ünsiyyətqurma və komandada işləmək bacarığı
Təkliflərimiz:
– Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaq
– İş rejimi: 5 gün (həftəiçi)
– Servis: Var
– Yemək: Var
– Tibbi siğorta: Var
Maraqlananlar emaildə “İT mütəxəssis” yazaraq cv-lərini [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

“AgroTrade Supply” ölkəmizin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq edən və alıcılara yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təklif edən bir şirkətlər qrupudur. Şirkətin missiyası bölgələrdə dənli və dənli paxlalı bitkilərin istehsalı və emalı sahələrini inkişaf etdirmək, yerli əhalinin gəlirlərini artırmaq və bu yolla ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verməkdən ibarətdir. Şirkətin strukturuna un dəyirmanı, kombinə edilmiş qüvvəli yemlər zavodu, soya emalı zavodu, 2 çörək zavodu, unlu və qənnadı məmulatları fabrikləri daxildir. Bundan başqa ATS Qrup 11 min hektarda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur. ATS Qrupa daxil olan “Abşeron-Taxıl” un dəyirmanında il ərzində 100 min ton yüksək keyfiyyətli, həm zavod çörəyi, həm də təndir çörəyi üçün un istehsal edilir. Dəyirman həm daxili, həm də yüksək keyfiyyətli Rusiya və Qazaxıstan buğdasından istifadə edir. Qrupun digər aparıcı müəssisəsi Ağdaş Yem Zavodudur. Zavod ildə 120 min ton müxtəlif heyvan və quş yemləri istehsal edir. Ağdaş qüvvəli yemləri fermalarda məhsuldarlığın artırılmasında mühüm rol oynayır. Yem istehsalını əvəzedilməz komponent olan şrot və bitki yağları ilə təmin etmək üçün ATS Qrupun tərkibində soya və günəbaxan emalı zavodu da istifadəyə verilmişdir. Zavod ildə 35 min ton soya və günəbaxan emal edir. Müəssisənin xammala olan tələbatı əsasən Cənubi Amerika ölkələrindən idxal, qismən isə yerli məhsullar hesabına ödənilir. Həm yem, həm də bitki yağları fabriklərinin xammal təminatının yaxşılaşdırılması üçün ATS Qrup tərəfindən müqaviləli əkinçilik layihəsi həyata keçirilir. Layihə 2000 hektar sahədə 60-dan artıq kiçik fermer təsərrüfatını əhatə edir. Soya və qarğıdalı əkinləri üçün fermerlər şirkət tərəfindən toxum, gübrə, pestisidlər və texnika ilə əvvəlcədən təmin edilirlər. Göstərilən maddi və aqronomik dəstək əkinçilərin güclənməsi və böyüməsinə kömək edir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]