Şirkətə hüquqşünas tələb olunur

İşəgötürən: Gilan Tekstil Park
Vakansiya: Hüquqşünas
Son tarix: 04 may 2022
Vəzifə öhdəlikləri:
-Departamentə daxil olan sənədlərin ilkin ekspertizası;
-İcraatda olan işlərin reyestrinin aparılması, işlərin müvafiq qaydada təhvili;
-Mülki hüquqi xarakterli müqavilələrin hazırlanması, müqaviləni qarşı tərəf təqdim etdikdə onun qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunu yoxlamaq;
-Müqavilələrin reyestrinin və elektron arxivini aparmaq;
-Cəmiyyət ilə bağlı bütün sənədlərin (qərarlar, əmrlər, sərəncamlar, əsasnamələr, proseduralar və.s) icra edilməsindən qabaq onların qanunvericiliyə uyğunluğunu yoxlamaq;
-Cəmiyyətin fəaliyyəti ilə bağlı hüquqi məsləhətlər, rəylər və arayışları vermək;
-Cəmiyyətin maraqlarını lazımınca müdafiə etmək məqsədilə etibarnaməli nümayəndə qismində məhkəmədə və digər qurumlarda təmsil etmək və bütün zəruri prosessual imkanlardan istifadə etmək;
Namizədə tələblər:
-Ali təhsil və ya magistr dərəcəsi (aidiyyatı sahə üzrə)
-Oxşar vəzifədə ən azı üç il təcrübəsi.
-Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti.
-Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
-Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus dili arzuolunandır.
İş şəraiti:
-Həftə ərzində 5 günlük iş qrafiki;
-İş saatı: 09:00-18:00;
-Nahar şirkət tərəfindən verilir;
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ;
QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 gün, 6 dəq
-
1 ay, 3 həftə, 6 gün, 19 saat, 37 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 gün, 3 saat, 35 dəq
- 2 ay, 5 gün, 3 saat, 25 dəq
- 2 ay, 5 gün, 3 saat, 28 dəq