Şirkətə aparıcı mühasib tələb olunur

İşəgötürən: USG MMC
Vakansiya: Aparıcı mühasib
Son tarix: 19 may 2022
Namizədə tələblər:
-Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
-Mühasibatlıq sahəsində 4-5 ildən artıq iş təcrübəsi
-Excel və 1C 8.3 proqramında işləmək bacarığı.
-Dil bilikləri: Azərbaycan, rus və türk dilləri.
-Komandada işləmək bacarığı
-Məsuliyyətli və işində dəqiq
-Vergi Məcəlləsini bilməli
Vəzifə öhdəlikləri:
-Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
-Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
-Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
-Proqram üzrə mühasibat yazılışlarının verilməsi
-Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
-Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
-Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması
-Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
-Rəsmi hesabatların hazırlanması və təqdim olunması
-Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
-İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
-Rəhbərlik tərəfindən verilən tapşırıqlar vaxtında yerinə yetirilməsi.
Əmək Haqqı: 1200 -1400 AZN
-İş Qrafiki: 5 günlük iş həftəsi
-Iş rejimi: 09:00 – 18:00
-İstirahət günü: Şənbə, bazar günləri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aparıcı Mühasib” göstərməyiniz xahiş olunur.
Vakansiyalar
- 7 saat, 8 dəq
-
14 saat, 48 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 14 saat, 57 dəq
- 14 saat, 58 dəq
- 15 saat