Şirkətə aparıcı mühasib tələb olunur

Mühasib


İşəgötürən: Connect LLC

Vakansiya: Aparıcı mühasib

Son tarix: 20 may 2022

Əmək haqqı: 1000 AZN

Tələblər:

-Dil biliyi: Azərbaycan və Rus dili

-Kompüter bacarığı: 1C ; Excel (əla səviyyədə), Microsoft Office, Outlook

-Komandada işləmək bacarığı.

-Maliiyə sahəsində ən azı 3 il iş stajı.

Vəzifələr:

-Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;

-Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;

-Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin hesablanması,köçürülməsi;

-Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;

-Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;

-E-gov.az, e-taxes.gov.az portallarından istifadə etmə bacarıcı;

-Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;

-Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;

-Ödəmə hesablarının hazırlanması;

-İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi;

-Vəzifə təlimatından irəli gələrək digər öhdəliklər;

-Azərbaycan Respublikasə Vergi və Əmək Məcəlləsi üzrə bilikləri.

İş şəraiti:

-AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə:

-İş qrafiki: Həftə içi 5 gün saat 09:00-18:00

-Nahar: 13:00-14:00

-İstirahət günləri: şənbə, bazar

Ünvan: Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 1222

CV göndərilərkən məzmun yerində vakansiyanın qeyd olunması mütləqdir.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]