Şirkət baş mühasib axtarır

İşəgötürən: Agrarco
Vakansiya: Baş mühasib
Son tarix: 06 may 2022
Öhdəlikləri:
-Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibar uçotunun təşkili, korporativ strategiyalar və prosedurlar, davranış məcəlləsi və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq maddi, əmək və maliyyə vəsaitlərindən səmərəli istifadəyə nəzarət;
-Uçot strategiyasının yaradılması;
-Müəssisənin əməli fəaliyyətinin səmərəsini yüksəltmək məqsədilə mühasibat uçotu və hesabatvermə məlumatları əsasında müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlilinin yerinə yetirilməsində iştirak;
-Balans və müəssisənin fəaliyyəti haqqında digər ümumi hesabatların tərtib edilməsi, onların təyin edilmiş qaydada müvafiq orqanlara təqdim edilməsi. Vergilərin və digər icbari ödənişlərin hesablanması və onların ödənilməsinə nəzarət;
-Müqavilələrin mühasibat uçotu normalarına, Azərbaycan Respublikasının vergi qanunvericiliyinə və korporativ strategiyalar və prosedurlara uyğunluğunu təsdiq etmək üçün onların imzalanması;
-Müqavilələrin təsdiqləyici sənədlərin tərtib edilməsi və imzalanması, hesablaşmaların vaxtında və tam icra edilməsinə aid olan şərtlərinin yerinə yetirilməsinə nəzarət;
-Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəbərlik. Tabeliyində olan işçilərin xidməti vəzifələrinin təyin edilməsi və onların icrasının təmin edilməsi;
-Müəssisənin auditorlar və yoxlama orqanları tərəfindən yoxlanmasının həyata keçirilməsinin təşkil edilməsi;
-Ünsiyyət və iş zamanı nümayəndəliyin tanış etdiyi “Davranış kodeksində” təsvir olunan prinsiplərə riayət etmək;
-Birbaşa rəhbərin tələblərinə uyğun olaraq vəzifənin nəzərdə tutduğu digər öhdəliklərin yerinə yetirilməsi.
Tələblər:
-Ali iqtisadiyyat üzrə təhsil;
-Minimal 5 il ixtisas üzrə təcrübə;
-Azərbaycan dilində sərbəst danışmaq və yazmaq qabiliyyəti, digər dilləri bilmək müsbət hal hesab olunur;
-Bütün MS Office proqramlardan işləmək bacarığı (o cümlədən 1C proqramıındə işləmək bacarığı);
-Kassa əməliyyatlarının aparılmasına aid olan müvafiq dövlət orqanlarının rəhbər və normativ sənədlərini, əmr və sərəncamlarını bilməyi;
-Tabeçiliyində olan işçiləri rəhbərlik qabiliyyəti;
-Yeni ideyalara malik olmaq və təşəbbüsü stimullaşdırmaq qabiliyyəti;
-Problemlərin həllində çeviklik;
-Strateji fikirləşmə qabiliyyəti;
-Yüksək ünsiyyətqurma qabiliyyəti;
-Başqaları ilə əməkdaşlıq etmək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) müvafiq başlıq altında göndərilməsi xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 ay, 2 həftə, 1 gün, 8 saat, 53 dəq
-
1 ay, 3 həftə, 6 gün, 4 saat, 24 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 12 saat, 22 dəq
- 2 ay, 4 gün, 12 saat, 12 dəq
- 2 ay, 4 gün, 12 saat, 15 dəq