Şirkətlər qrupuna Korporativ satış mütəxəssisi tələb olunur

Mütəxəssis


İşəgötürən: İnci Group of Companies
Müddət: 2022-02-02 – 2022-03-02
Şəhər: Bakı

1995-cü ildə fəaliyyətə başlayan “İnci Group of Companies” QSC əsas fəaliyyətini satış və distributor şirkəti kimi davam etdirir. Topdan və pərakəndə satış üzrə şirkətin Bakı şəhəri və regionlarda dağıtım anbarları və satış komandaları vardır.

Vəzifə öhdəlikləri:

  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
  • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
  • Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması;
  • Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
  • Ziyarət nəticələrinin izlənilməsi;
    Tələblər:
  • Ali təhsil;
  • Korporativ mühitlə əlaqədar minimum 3 il iş təcrubəsi;
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
  • MS Office ilə qabaqcıl istifadə bacarıqları;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, ingilis dili orta səviyyədə bilməli;
  • Sürücülük vəsiqəsi: kateqoriya B;
  • Yaş: 24-38;
  • Şəxsi avtomobil
    Nahar şirkət tərəfində təmin olunur;

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]