Şirkət satış mütəxəssisi axtarır

Mütəxəssis

mutəxəssis 2


İşəgötürən: Technovera

Vakansiya: Satış mütəxəssisi

Son tarix: 30 aprel 2022

Öhdəliklər:

-Yeni müştərilərin araşdırılması və telefon zənglərinin edilməsi

-Rəhbərlik və şirkət nümayəndələri ilə görüşlərin vaxtının müəyyən edilməsi

-Məhsula dair prezentasiya və təqdimatların edilməsi

-Satış öncəsi xidmətlərdən konsaltinq/icraya uğurlu keçidin həyata keçirilməsi üçün satış üzrə mühəndislərlə sıx işləmək

-Bulud həllərinə başlamaq və genişləndirməkdə satış üzrə mühəndislərlə sıx işləmək

-Planlaşdırılan həllər barədə baxış və mövqeləri izah etmək

-Müqavilə şərtlərinin razılaşdırılması və müştəri üçün qiymətlərin hazırlanması

-Tələb olunduğu təqdirdə, problemlərin rəhbərliyin nəzərinə çatdırılması

-Tələb olunduğu təqdirdə, müştərilərin iş yerlərinə səfər etmək, konfranslarda iştirak etmək və s.

-Korporativ müştərilərin texniki, maliyyə və təşkilatı tələblərini və ya çətinliklərini analiz etmək

-Şirkət daxilində və xaricində müştəriləri cəlb etmək

Tələb olunan bilik və bacarıqlar:

-Ali təhsil (Texniki təhsili olan namizədə üstünlük verilir)

-Microsoft Office proqramlarında (Word, Excel and PowerPoint) sərbəst işləmə bacarığı

-Microsoft Project kimi proqramları bilənlərə üstünlük verilir

-CRM Microsoft (Customer Relationship Management)

-Brend və məhsul barədə məlumatlı olmalı

-Peşəkar səviyyədə müştərilərlə əlaqə yaratmaq bacarığına, təşkilatçılıq və detallara fikir vermək qabiliyyətinə və öz sahəsi üzrə təkmilləşmək istəyinə malik olmalı

-Texniki sahə üzrə də daxil olmaqla, çox yaxşı şifahi və yazılı ünsiyyət bacarığı

-IT və IT yönümlü xidmət və həllər barədə dərin məlumatlı olmaq

-Bulud məhsullarının bütün növləri barədə dərin bilik və təsəvvürə malik olmaq

-Bulud texnologiyaları sahəsində  müştərilərlə iş üzrə biznes stimulları barədə məlumatlı olmaq

-Əlavə iş saatlarında rahat çalışa bilmək imkanı

-Ezamiyyənin nəzərdə tutulması

-Korporativ müştərilərə IT sahədə satış və ya xidmət sifarişlərinin və həllərinin idarə olunması sahəsində 3-5 il iş təcrübəsi

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]