Şirkətə korporativ satış şöbəsinin mütəxəssisi tələb olunur

Mütəxəssis

korporativ


İşəgötürən: Ateshgah Sigorta

Vakansiya: Korporativ satış şöbəsinin mütəxəssisi

Son tarix: 18 aprel 2022

Namizədə tələblər:

-Yaş: 23-35 

-Təhsil: Ali

-İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir

-Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus (əla) mütləqdir ,İngilis dili (arzuolunandır) 

Şəxsi keyfiyyətlər:

-Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı

-Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı

-Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı

-Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi

-Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri:

-Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;

-Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;

-Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;

-Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;

-Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;

-İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri:

-Əmək müqaviləsi bağlanılır

-İş vaxtı 09:00 – 17:30

-İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

-Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir

-Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur

-Əmək haqqı 550 azn – 1130 azn (əmək haqqı gross ilə qeyd olunub, namizədin bilik və bacarığı əsasən müsahibə əsnasında dəyişəcəkdir) 

-Bonus və rüblük motivasiya

Məlumatlandırıcı qeydlər:

-Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun

-CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur

-CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin

-Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir

-İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur

-Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin

-CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun

-İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Korporativ satış şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]