Şirkətə aparıcı mühasib tələb olunur

Mühasib


İşəgötürən: IT Company

Vakansiya: Aparıcı Mühasib

Son tarix: 29 aprel 2022

Vəzifədən gözləntilər:

-MHBS-ə uyğun aylıq, rüblük və illik maliyyə hesabatlarının dəqiq şəkildə və vaxtında hazırlanması;

-Şirkətin illik büdcə planlarının, balans, mənfəət və zərər, pul vəsaitlərin hərərkəti hesabatları proqnozlarının hazırlanması

-Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakının və koordinasiyasının təmin edilməsi;

-Hər bir hesabat dövrünün sonunda büdcə göstəriciləri ilə faktiki nəticələrinin müqayisə edilməsi, fərqlər barədə hesabatların hazırlanması

-Şirkətin istiqamətlər üzrə gəlirlərin və xərclərin, aktivlərin, kapital və öhdəliklərin uçotuna dair müvafiq dövrlər üzrə nəzarət edilməsi

-Maliyyə hesabatlarının analitik təhlilinin aylıq, rüblük və illik şəkildə həyata keçirilməsi;

-Hesabat və təhlillər vasitəsilə idarəetmə üzrə qərarlarının qəbul edilməsi prosesini dəstəkləmək;

-Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün registrlərin, hesabatların, açıqlamaların və digər zəruri məlumatların təqdim edilməsi;

-Maliyyə proseslərinin və idarəetmə hesabatlarının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək.

-Birbaşa rəhbərin veriləcək tapşırıqlarını icrasını təmin etmək.

Tələblər:

-Təhsil səviyyəsi: Ali təhsil (Maliyyə və audit sahəsi üzrə)

-İş təcrübəsi: İstehsalat və ya audit şirkətində əlaqədar sahə ilə bağlı minimum 2-3 il

-Dil bilikləri: Azərbaycan (əla), ingilis (yaxşı), rus dili üstünlükdür

-Beynəlxalq sertifikatları olanlara üstünlük veriləcək (ACCA, CİMA, CFA, DipIFR- bunlardan biri olmaqla)

-MS Office (xüsusilə Excel) və 1C (8.3) proqramlarından sərbəst istifadə bacarığı;

-Maliyyə sahəsində təhlil etmə  və təqdimat bacarığı

 Vəzifə üzrə səriştələr: 

-Tapşırıqları zamanında həll edə bilmək;

-Gərgin rejimdə işləmə bacarığı;

-Müstəqil və Komanda şəklində işləmə bacarığı;

-Güclü analitika və problem həll-etmə bacarığı;

-Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;

-Dəqiqlik və yeni qəbul edilmiş informasiyanın tez zamanda emal edə bilmək bacarığı.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]