Sinteks Group of Companies müqavilələr üzrə hüquqşünas axtarır
İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Müqavilələr üzrə Hüquqşünas
Son tarix: 28 noyabr 2022
Sinteks Şirkətlər qrupuna hal hazırda Müqavilələr üzrə Hüquqşünas tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.
Vəzifənin rolu:
Bu vəzifənin rolu bütün yeni və yenilənməli olan müqavilələrin bağlanmasından ibarətdir.
Vəzifə öhdəlikləri:
-Beynəlxalq və yerli qanunvericiliyə və şirkətin siyasət və maraqlarına uyğun olaraq bütün növ müqavilələri (məxfilik, xidmət və kommersiya müqavilələri daxil olmaqla) nəzərdən keçirir
-Zəruri hallarda tərəf müqabilləri ilə hüquqi danışıqlar aparır
-Şirkətin satış şöbəsinin rəhbərləri ilə kommersiya şərtləri və müddəalarının düzgün müzakirəsini razılaşdırır
-Biznesin İnkişafı üzrə Menecerin tələbi ilə şirkətin iş müqavilələrini dəyişikliklər etməklə yeniləyir
Əsas tələblər:
Təhsil:
-Hüquq ilə əlaqəli sahələrdə ali təhsil
Təcrübə:
-Müqavilə hüququ sahəsində ən azı 1 il iş təcrübəsi
Professional biliklər:
-Korporativ qanunvericilik
-Əla səviyyədə İngilis dili
-MS Office proqramları
Professional bacarıq və kompetensiyalar:
-Danışıqların aparılması
-Biznes kommunikasiya
-Təşkilatçılıq
-Detal yönümlülük
-Zamanın idarə olunması
-Nəticə yönümlülük
-Problem həll etmə
-Proaktiv düşüncə
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Müqavilələr üzrə Hüquqşünas” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
2 gün, 6 saat, 40 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 5 saat, 32 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 6 saat, 6 dəq
- 5 gün, 12 dəq
- 5 gün, 19 saat, 26 dəq