Sinteks Group of Companies insan resursları üzrə aparıcı mütəxəssis axtarır
İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: İnsan Resursları üzrə Aparıcı Mütəxəssis
Son tarix: 24 sentyabr 2022
Sinteks Şirkətlər qrupuna hal hazırda İnsan Resursları üzrə Aparıcı Mütəxəssis tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.
Vəzifənin rolu:
Bu vəzifənin rolu Əmək Qanunvericiliyinə və daxili qaydalara əsasən sənədləşməni yerinə yetirməkdir.
Vəzifə öhdəlikləri:
-İnsan Resurslarının proses və prosedurları çərçivəsində sənədləşməni aparır
-İşçi məsələlərinin Əmək Qanunvericiliyinə və Məşğulluq Qanununa əsasən həll edir
-Şirkət daxili prosess və prosedurların tərtibinə dəstək göstərir və yeniləyir
-Daxili kommunikasiya məlumatlarını hazırlayır və göndərir
-Əmək və Məşğulluq altsistemində lazımi qeydiyyatlar aparır
-İşçilərin icbari sığortalanmasını həyata keçirir
Əsas tələblər:
Təhsil:
-Biznes İdarəedilməsi, İnsan Resursları İdarəedilməsi və ya əlaqəli sahələrdə Ali təhsil
-Əmək Məcəlləsi üzrə sertifikat
Təcrübə:
-İnsan Resursları və ya müvafiq sahədə ən az 3 illik təcrübə
Professional biliklər:
-İR Administrasiyası
-Əmək qanunvericiliyi
-Elektron Hökümət Portalı
-MS Office və 1C Programı
-İnsan Resursları Prosesi və Prosedurları
Professional bacarıq və kompetensiyalar:
-İş bölgüsü
-Məsuliyyət
-Çeviklik
-Nəticə yönümlülük
-Ünsiyyət bacarıqları
-Zamanın idarəolunması
-Analitik düşüncə
-Detallara diqqət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Aparıcı Mütəxəssis” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 5 saat, 51 dəq
- 11 saat, 32 dəq
- 11 saat, 33 dəq
- 11 saat, 33 dəq
- 13 saat, 8 dəq