Sienmar Engineering baş mühasib axtarır

Mühasib


İşəgötürən: Sienmar Engineering

Vakansiya: Baş mühasib

Son tarix: 11 iyun 2022

İş qrafiki:

Bazar ertəsi – Cümə: 08:00-dan 17:00-dək

İstirahət günü: Şənbə,Bazar;

Əmək haqqı: namizədin iş təcrübəsininə əsasən danışılacaq.

İşiniz nədən ibarətdir?

-Maliyyə uçotu və Vergi uçotunun qurulması, idarə edilməsi;

-İlkin sənədlər əsasında maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;

-Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;

-Vergi sahəsi ilə bağlı əməliyyatlar – vergi hesabatlarının(Mənfəət, Gəlir, Sadələşdirilimiş, Əmlak, ƏDV, ÖMV) tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində göndərilməsini həyata keçirmək, vergi orqanları ilə yazışmalar;

-Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;

-e-gov.az(işə qəbul, xitam və s.), e-taxes.gov.az(e-qaimə fakturaların tərtib olunması, əvəzləşmə və s.) və digər portallardan istifadə etmək bacarığı;

-Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması;

-Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar;

-Bank əməliyyatlarının həyata keçirilməsi;

-Əmək haqqının hesablanması;

-Bank və kassa əməliyyatları;

-Təhtəl hesab, avans hesabatının aparılmasını təmin etmək;

-Debitor və kreditorlarla qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;

-Qanunvericiliyə uyğun Kadr uçotunun qurulması və idarə olunması;

-İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;

-Tabeçiliyindəki əməkdaşların işlərinə nəzarət.

Sizdən nə tələb olunur?

-Müvafiq sahə üzrə iş təcrübəsi: 3-5 il;

-Təhsil: Ali iqtisadi təhsil;

-Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;

-ACCA üzrə biliklərin olması arzu olunandır.

Şəxsi keyfiyyətlər: Məsuliyyətli, disiplinli, açıq fikirli, məqsədyönlü və nəticəyə meyillilik bacarığı/prosedur və qaydalara riayət etmək/ analitik düşüncə bacarığı/problemi həll etmə bacarığı.

Proqram bilikləri: MS Office, BTP, 1C 8.3

Müraciət etmək istəyən əməkdaşlar, CV formanızı [email protected] emailə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə “Baş mühasib” adı yazılmalıdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]