Sharaf Media korporativ satış mütəxəssisi axtarır

Mütəxəssis


İşəgötürən: Sharaf Media

Vakansiya: Korporativ Satış Mütəxəssisi

Son tarix: 12 iyun 2022

İş haqqında məlumat:

-Korporativ müştərilər ilə telefon danışıqların aparılması və agentliyin xidmətlərinin təklif edilməsi

-Potensial müştərilərlə işgüzar görüşlərin keçirilməsi

-Potensial müştərilərin və tenderlərin axtarışı və cəlb olunması

-Mail vasitəsi ilə təqdimatların göndərilməsi

-Satış strategiyası tərtib olunması və rəqiblərin analizi

-Müştərinin axtarışından, cəlb olunmasına və yekun müqavilə imzalanana qədər bütün satış dövrünün idarə edilməsi

-Cəlb olunmuş müştərilərlə sıx telefon danışıqları və ödəmələrinin izlənilməsi

-Agentliyin üzv olduğu klubların networking tətbirlərində iştirak edilməsi

Namizədə tələblər:

-B2B satış üzrə təcrübə

-Əla ünsiyyət və təqdimat bacarıqları

-MS Office proqramlarından (Outlook, Excel, Word, PowerPoint) sərbəst istifadə bacarığı

-İşdə məsuliyyət və stabillik, yeniliklərə açıq olmaq, həmişə daha artıq qazanmaq və inkişaf həvəsi

-Komandada işləmək bacarığı

-Rus dili biliyi arzuolunandır

-Digital marketing sahəsində biliklər arzuolunandır

-Şəxsi korporativ müştəri bazası olması arzuolunandır

Əməkdaşımıza təklif edirik:

-Gənc və pozitiv komanda mühiti

-Biznesdə çox önəmli kontaktlar

-Korporativ nömrə

-Görüşlər üçün nəqliyyat xərcləri agentlik tərəfdən qarşılanır

-Uzunmüddətli əmək müqaviləsi

-Marketing sahəsi üzrə illərlə toplanmış və praktika olunmuş biliklər

-Maaş və vəzifə artımı perspektivi

-AR əmək məcəlləsinə uyğun sənədləşmə

İş rejimi və ünvan:

-İş günləri: B.e.-Cümə (Şənbə-Bazar istirahət)

-İş vaxtı: 10:00-dan 18:00-dək

-İş yeri: Azure Business Center (Yeni Həyat)

Əmək haqqı: 1000-1500 AZN (fiks maaş+bonuslarla birlikdə)

Maraqlananlar öz CV-lərini “B2B sales” başlığı altında göndərə bilərlər.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]