“Sətəm mütəxəssisi” tələb olunur

İş Yeri: ATS Food
İş məkanı: Sumqayıt ş.
Vakansiya – “Sətəm mütəxəssisi”
Müraciətin son günü: 28 fevral 2023-cü il
Tələblər:
Təhsil səviyyəsi: Ali təhsil (Texniki sahə üzrə)
İş təcrübəsi: SƏTƏM sahəsində 3 il
Dil bilikləri: Azərbaycan (əla), Rus dili (orta), İngilis dili (yaxşı)
Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər
Digər: SƏTƏM üzrə sertifikatların olması əlavə üstünlükdür.
Vəzifədən gözləntilər:
- İşə yeni qəbul olunan işçilərə giriş təlimatını keçmək və təlimat jurnalında qeydiyyat aparmaq;
- Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər görmək;
- Əməyin mühafizəsi üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və layihələrdə yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarəti təşkil etmək;
- İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər görmək;
- İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlər həyata keçirmək;
- Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi;
- Ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması ilə bağlı tədbirlər həyata keçirmək;
- Yanğın təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər həyata keçirmək;
- SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
- İş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirmək;
- İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
- Qanunvericiliyə uyğun sənədləşmə prosesini həyata keçirmək;
- İşçilərə maarifləndirici nəzəri və praktiki SƏTƏM təlimlərini keçirmək;
- İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
- Mütəmadi hesabatlar hazırlayıb, rəhbərliyə təqdim etmək.
Vəzifə üzrə səriştələr:
· Analitik düşünmə bacarığı;
· Təhlil etmə bacarığı;
· SƏTƏM üzrə sənədlərin (prosedur, təlimat, plan və s) hazırlanması bacarığı
· Qiymətləndirmə bacarığı;
· Detallara diqqət yetirmə;
· Məsuliyyətli və intizamlı;
· Problem həll etmə;
· Çeviklik.
İş Şərtləri
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşdırma yolu ilə
İş rejimi: 5 gün (həftəiçi)
Servis: səhər və axşam 20 Yanvar və Sumqayıt bazarından təmin edilir
Nahar: Təmin edilir
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı “Sətəm mütəxəssisi” qeyd olunmaqla göndərə bilərlər.
Vakansiyalar
-
2 gün, 11 saat, 1 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 14 saat
-
2 gün, 14 saat, 1 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 14 saat, 4 dəq
- 2 gün, 14 saat, 6 dəq