“Sənədlərə nəzarət üzrə mütəxəssis ” tələb olunur

Mütəxəssis

vakansiya muhasib


“Crocus Construction” MMC ailəsinə “Sənədlərə nəzarət üzrə mütəxəssis ” tələb olunur
 
Vəzifə öhdəlikləri:

– Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
– Sənədlərin uyğunluğunun yoxlanılması, sənədləri elektron qovluqlarda (serverdə) düzgün şəkildə yerləşdirilməsi və qovluqların vahid struktur-sistem formasında təşkilinə nəzarət edilməsi. Müəssisəyə məxsus bütün növ sənədlərinin yeri və əhəmiyyətinə, onların təsnifatına və şərtlərinin tələblərinə, eyni zamanda müəssisədə tətbiq olunun prosedur qaydalara uyğun şəkildə sənədlərlə işin aparılmasının, istifadə olunmasının və saxlanmasının təşkili və nəzarəti;
– Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək və onun təkmilləşdirilməsi üzrə təkliflər vermək; Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi və nəzarət olunması;
– Sifarişçi ilə mütəmadi ünsiyyət təşkil edərək Sənədlərin Sifarişçinin keyfiyyət və prosedur tələblərinə uyğun olaraq hazırlanmasını razılaşdırmaq və təmin etmək;
– Layihələr çərçivəsində keçirilən iclasların əlaqələndirilməsi, iclaslarda iştirak etmək, iclas (toplantı) protokollarının tərtibatı, razılaşdırılması və yayımlanması;
– Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
– Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən sənəd axınının qeydiyyatını və nəzarətinin təşkili;
– Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, gecikmə halları barədə rəhbərliyi məlumatlandırmaq;
– Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirməsi
Namizədə bağlı tələblər:
– Ali təhsil ;
– Sənədlərə nəzarət üzrə mütəxəssis olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı;
– Sənədlərin hazırlanması, qeydiyyatı və icra müddətinə nəzarət etmə metodları və prinsipləri;
– Daxil olan və çıxan sənədlərin sistemləşləşdirilməsi qaydaları;
– Sənədlərə Nəzarət standartları üzrə müvafiq bilikləri olmalı;
– Sənədlərin yerləşdirilməsi və qorunması üsullarını;
– Arxiv işinin inkişaf konsepsiyası və strategiyası;
-Excel, Word, PowerPoint 

 Əlavə məlumat:

– Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
– İş qrafiki: 6 günlük.
– Şirkət tərəfindən servis təşkili
-Nahar şirkət tərəfindən verilir
-İş yeri: Nardaran qəsəbəsi, “Seabreeze” 
 
Qeyd: Xahiş olunur CV-nizi “Sənədlərə nəzarət üzrə mütəxəssis ” mövzusu ilə [email protected] elektron ünvanına göndərəsiniz. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq. 


©️ 2022

070 231 45 70

[email protected]