“Səba” Qida təhlükəsizliyi və keyfiyyətə nəzarət şöbəsinə kiçik mütəxəssis axtarır

“Səba Şirkətlər Qrupu” Qida təhlükəsizliyi və keyfiyyətə nəzarət şöbəsinə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
-İşəgötürən: “Səba Şirkətlər Qrupu “
-Vakansiya: Departament/Şöbə: Qida təhlükəsizliyi və Keyfiyyətə nəzarət şöbəsi
– Maaş : Müsahibə əsasında
– Şəhər – Bakı
-Yaş- 24 – 35 yaş
-Təhsil- Natamam ali təhsil (bakalavr)
-İş təcrübəsi- 1 il
-Elanın bitmə tarixi- Sentyabr 04, 2022
E-mail: – [email protected]
Namizədə tələblər:
-Ali təhsil: Qida mühəndisliyi, Baytarlıq, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar
-Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməli, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır
-Qida istehsalı sahəsində Keyfiyyətə nəzarət və ya oxşar sahə üzrə ən azı 1-2 illik iş təcrübəsinin olması
-Rus və İngilis-dilini bilməsi arzu olunandır
-Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı
-Kommunikasiya, planlama və təşkilatçılıq, yaradıcılıq və innovasiya, analitik düşüncə, nəticə yönümlülük, öyrənmə və dəqiqlik, müştəri yönümlülük, konfiliktlərin idarə edilməsi
-MS Office programları (Word, Excell, Power-Point, Outlook)
Əsas vəzifə öhdəlikləri:
-Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin aparılması
-Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq və müvafiq sənətləşdirmə işlərinin icrası;
-Gigiyenik, uyğunluq, idxal, baytarlıq icazələrinin alınması;
-Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə işlərinin həyata keçirilməsi;
-Qida təhlükəsziliyi və keyfiyyətə nəzarət üzrə yoxlamaların təşkilində ezamiyələrdə iştirak etmək;
-Spesifikasiyaların hazırlanması;
-Sahələrdə risk analizinin aparılması;
-Səlahiyyətli orqanlarla müqavilələrin yoxlanılması;
-Keyfiyyətin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək;
-İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;
-Müəssisə daxili intizam qaydalarına, prosedur və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi;
-Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
-Qida Təhlükəsizliyi Qrupu ilə sistemin nəzərdən keçirmə iclaslarında iştirak etmək;
-Sistemin effektivliyini artırmaq və düzəldici önləyici fəaliyyət tədbirləri görmək;
-Uyğun olmayan məhsullarla bağlı həyata keçiriləcək prosedurlara qərar vermək, aşkar edilmiş uyğunsuzluqlarla bağlı uyğun olmayan məhsul hesabatını hazırlamaq;
-Müştərilərin qida təhlükəsizliyi ilə bağlı şikayətlərini izləmək və qeydlərini aparmaq;
-Hüquqi yoxlamaları müşayiət etmək, uyğunsuzluq aşkar edildikdə lazımi tədbirlərin görülməsi;
-Şöbə rəhbərinin müvafiq tapşırıqlarının yerinə yetirilməsi;
-Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
-Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.
CV-lərinizi elektron [email protected] ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
Vakansiyalar
- 9 saat, 26 dəq
- 9 saat, 28 dəq
- 9 saat, 30 dəq
- 9 saat, 31 dəq
- 9 saat, 34 dəq