SƏBA daxili audit şöbəsinin baş mütəxəssisi axtarır

Mütəxəssis

marketinq


İşəgötürən: SƏBA

Vakansiya: Daxili Audit Şöbəsinin Baş Mütəxəssisi

Son tarix: 06 may 2022

Hesabat verir: Direktorlar Şurası

İş vaxtı: 5 günlük iş həftəsi, 09:00-18:00-dək

Namizədə tələblər:

-Minimum 3 il audit, maliyyə və ya mühasibatlıq sahəsində iş təcrübəsi.

-Təhsil və ixtisas tələbləri: Ali iqtisadi təhsilə üstünlük verilir.

-Kompüter biliklərinə dair tələblər: MS Office və 1C proqramlarında səlis işləmək bacarığı.

-Xarici dil tələbləri: İngilis dili yaxşı, rus dili biliyi arzuolunandır;

Tələb olunan zəruri biliklər:

-Daxili Auditorlar İnstitutunun standartları (IIA), Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (IFRS) tətbiqi üzrə bilik və bacarıqlar, Mühasibatlıq, Daxili Audit, Risklərin idarə edilməsi üzrə peşə (CIA, ACCA, CISA, COSO, CPA və s.) sertifikatları;

-Mülki, əmək və vergi qanunvericiliyi üzrə biliklər;

-Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlar.

Əsas vəzifə öhdəlikləri:

-Təsdiq edilmiş iş planına əsasən daxili audit prosedurlarını həyata keçirmək;

-Risk əsaslı audit proqramının tərtib edilməsində iştirak etmək;

-İdarəetmə, daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin adekvatlılığını qiymətləndirmək;

-Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;

-Daxili audit yoxlamasının nəticələrini dəstəkləyə biləcək məlumatları toplamaq, sənədləşdirmək və bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;

-Auditin nəticələri barədə hesabatın hazırlanmasında iştirak etmək.

CV-lərinizi [email protected] elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq. 

Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.

CV-lərin təqdim edilməsi üçün son tarix: 05.05.2022

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]