SƏBA baş hüquqşünas axtarır

İşəgötürən: SƏBA
Vakansiya: Baş hüquqşünas
Son tarix: 01 sentyabr 2022
Əmək haqqı 1200-1500 manat
Vəzifə öhdəlikləri:
-Cəmiyyətdə korporativ idarəetmə ilə əlaqədar daxili qaydalar, prosedurlar hazırlamaq;
-Cəmiyyətin adından məhkəmədə nümayəndə kimi iştirak etmək və məhkəmə işlərini aparmaq, icra şöbələri ilə işləmək;
-Cəmiyyətin dövlət orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;
-Cəmiyyətdə dövlət orqanları tərəfindən aparılan yoxlamalarda iştirak etmək:
-Cəmiyyət üçün müqavilələri azərbaycan, rus və ingilis dilində hazırlamaq, həmçinin, təqdim edilən müqavilə layihələrinə rəy vermək;
-Cəmiyyətin fəaliyyəti ilə bağlı məktub, ərizə və şikayətləri qanunvericiliyin tələblərinə uyğun hazırlamaq;
-Cəmiyyətdə keçirilən iclaslarda iştirak etmək və protokollar hazırlamaq;
-Hüquqi şəxslərin təsis sənədlərində edilmiş dəyişikliklərin və faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri hazırlamaq;
-İş yeri Xırdalan şəhərində yerləşir, lazım gəldikdə, Şirkətin Azərbaycan Respublikasının bölgələrində yerləşən ofislərinə və ya burada yerləşən məhkəmə və dövlət idarələrinə gedilməsi də tələb olunacaqdır.
Namizədə tələblər:
-Ali hüquq təhsili;
-Ən az 5 il iş təcrübəsi ( məhkəmədə və ya digər dövlət orqanlarında olması arzuolunandır);
-Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsinə dair mükəmməl bilgilər;
-Azərbaycan, ingilis və rus dillərini əla bilmək.
-Bəy namizədlərə üstünlük veriləcəkdir.
Xahiş edirik ki, mövzu yerinə elanın adını yazaraq və CV-nizi öz adınızla və vakansiyanın adı ilə adlandıraraq, zəhmət olmasa [email protected] elektron ünvanına göndərərdiniz.
Yalnız CV-lərə baxıldıqdan sonra, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
5 saat, 44 dəq
İri banka Qiymətli kağızların təhlili üzrə mütəxəssisi tələb olunur
-
17 saat, 3 dəq
AzerBlast şirkətinə Anbardar və Mexanik (Gəncə) tələb olunur
- 17 saat, 51 dəq
- 19 saat, 34 dəq
- 23 saat, 24 dəq