Satış təmsilçisi tələb olunur (Bakı şəhəri üzrə)

İşəgötürən – Damla Mebel MMC
Vəzifə öhdəlikləri:
Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmaq, qoyulan planı icra etmək;
Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb şöbə müdirinə yazılı surətdə təqdim etmək;
Satış məntəqələrində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirməsinə nəzarət etmək;
Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək, təkliflər vermək;
Satış müdirinə mütəmadi hesabatlar təqdim etmək.
Namizədə tələblər:
Ali Təhsil;
Rus dili biliyi (arzuolunandır);
Müvafiq sahə və topdan satış üzrə 2-3 il iş təcrübəsi;
Təşkilati və analitik bacarıqlar;
Sürücülük vəsiqəsinin (B kateqoriyası) olması mütləqdir.
İş şərtləri:
Əmək haqqı:Sabit əmək haqqı və bonus hissədən ibarət olur
Korporativ nömrə, maşın, yanacaq şirkət tərəfindən təmin edilir.
Bakı şəhərinə tələb olunur.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Satış təmsilçisi” yazaraq [email protected] adresinə göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiyalar
- 2 gün, 17 saat, 57 dəq
- 2 gün, 17 saat, 59 dəq
- 2 gün, 18 saat, 1 dəq
- 2 gün, 18 saat, 3 dəq
- 2 gün, 18 saat, 5 dəq