Satınalma mütəxəssi (nəqliyyat və ehtiyyat hissələri üzrə) tələb olunur

Mütəxəssis


İşəgötürən – Matanat A Company Vəzifə- Satınalma mütəxəssi (nəqliyyat və ehtiyyat hissələri üzrə)

 Vəzifə öhdəlikləri:
-Şirkətin nəqliyyat vasitələrinin təmirinin və ehtiyyat hissələrinin alışının fasiləsiz təchizat təminatının həyata keçirilməsi;
– Alınan malların keyfiyyətinə mütəxəssis iştirakı ilə nəzarət.

İş şəraiti:
– İş saatı: 09-00-dan 18-00-dək;
– İstirahət: Şənbə və Bazar günü.
– Nahar şirkət tərəfindən verilir

Əmək Haqqı:
-Əmək bazarına uyğun, rəqabətqabiliyyətli əməkhaqqı.
– Əmək haqqı diapazonu şirkətin reytinqinə əsasən müəyyən edilir.
– Təklif namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir.

Tələblər:
– Avtomobil ehtiyyat hissələri alışı və təmiri sahəsində təcrübə (avtomobil ehtiyyat hissələrini, servis və usta sexlərini tanıyanlara, mexaniki sahədə təcrübəsi olanlara üstünlük verilir);
– Şirkət prosedurlarına əsasən təchizat şöbəsinin meneceri tərəfindən verilən təlimatlar əsasında nəqliyyat vasitələri, xüsusi texnika, ehtiyyat hissələri və xidmətlərin satınalmasını planlaşdırmaq, araşdırmalar aparmaq, tenderlər təşkil etmək malların/xidmətlərin vaxtında təmin edilməsini təşkil etmək.
– Yerli və xarici bazar araşdırmaları aparmaq və yeni təchizatçıları müəyyən etmək.
– Mövcüd şirkətlər və tədarükçülər siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərdən təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək.
– Şirkətlər, ustalar, tədarükçülərlə danışıqlar aparmaq, görüşlər keçirmək və şirkət üçün ən sərfəli şərtləri razılaşdırmaq.
– Təsdiq edilən təkliflər əsasında Satınalma müqavilələrinin hazırlanıb icra edilməsi.
– Ali təhsil;
– Daxili bazarı və onun özəlliklərini yaxşı tanımalı;
– Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
– Kompüter biliyi;
– 3 il iş təcrübəsi;
– Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
– Şəxsi avtomobilin olması.

CV-ləri “Satınalma üzrə mütəxəssis” başlığı ilə [email protected] email adresinə göndərə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]