Satınalma mütəxəssisi axtarılır – (bəy namizəd)

Satınalma üzrə mütəxəssis

satinalma


İşəgötürən  – Oil Supply LLC

İş qrafiki: Həftədə I-V günlər tam- saat 09:00-18:00; VI gün qısaldılmış – 09:30-15:00

Nahar: Şirkət tərəfindən təmin edilir

Sınaq müddəti: 1-2 ay

Əmək haqqı: Başlanğıc 1000 AZN

Mobil danışıqlar: Şirkət tərəfindən təmin edilir

Son müraciət tarixi: 09 oktyabr 2023

Namizədə olan tələblər:

İş təcrübəsi: Satınalma sahəsi üzrə ən azı 1+ il iş təcrübəsi tələb olunur

Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi

Dil bilikləri: Azərbaycan dili: sərbəst İngilis dili: orta Rus dili: orta

Kompüter bilikləri  : Microsoft Office (xüsusilə Word, Excel)  proqramlarında işləmə bacarığı

Üstünlüklər: Elektron satınalınmaların aparılması üçün müəssisə resurslarının planlaşdırılması sistemlərini bilmək

Yerli və xarici bazarda olan sənaye məhsulları haqqında biliklər (inşaat materialları, iş təhlükəsizliyi məhsulları, alətlər, sənaye ehtiyat hissələri)  

Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı

Özünə inam, qüsursuz danışıq aparma və problem həll etmə bacarıqları 

Müxtəlif iş vəziyyətlərinə çevik işgüzarlıq ilə reaksiya vermə bacarığı

İşin tələb üzrə ehtiyat yarandığı halda vaxtından çox işləməyə hazır olma 

25-40 yaş, mütəxəssislər tələb olunur 

Nümunəvi şəxsiyyətli, peşəkar davranışlı, ifadəli, ünsiyyətcil və sürətli öyrənən

Şəxsi avtomobili olanlara üstünlük verilir

Vəzifə öhdəlikləri:

Tenderlərin izlənməsi, tenderlərlə əlaqədar təkliflərin alınması və onların keçirilməsinin təşkil edilməsi

Fəaliyyət sahəsində bütün sənədlərin (uyğunluq sertifikatlarının, texniki göstəricilərin və s.) düzgün tərtibi və sənədləşmə işlərinin aparılması

Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin tənzimlənməsi 

Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;

Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi 

Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi

Səfərlər etməklə tədarükçülərin qiymətləndirilməsi və tədarükçülərin satınalma şərtlərinin uyğunlaşdırılması

Mal tələbləri üzrə yaranan dəyişikliklər və təfərrüatları ilə bağlı təchizatçılarla və layihə rəhbərləri ilə əlaqələrin qurulması. 

Satınalma tələblərinin təfərrüatlarını anlamaq üçün layihə qrupu ilə sıx əməkdaşlıq edilməsi 

Marketinq araşdırmalarının aparılması, müştəri ehtiyaclarının öyrənilməsi

Görülən işlər barədə gündəlik və aylıq hesabatların birbaşa rəhbərliyə təqdim edilməsi

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini    [email protected]  e-mailin mövzu hissəsində “Satınalma mütəxəssisi” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]