Satınalma mütəxəssisi axtarılır

Satınalma üzrə mütəxəssis


İşəgötürən – AZCD Group QSC

Vəzifə öhdəlikləri:

Tədarükçülərin seçimi və müntəzəm olaraq həyata keçirilməsi mümkün olan, tələb olunan qiyməti təmin etməklə alış tələblərini nəzərdən keçirmək və şöbə rəhbərlərini alınacaq mallar barəsində məlumatlandırmaq;

Satın alınmış xammal, mal və materialların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici və yerli təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;

Xarici və yerli təchizatçıları araşdırmaq, seçim etmək və təchizatçı bazasını daima yeniləmək;

Satınalma bazarının araşdırılması, xərclərin və satınalma şərtlərinin yaxşılaşdırılması üçün yeni təchizatçıların cəlb edilməsi;

Xarici və yerli təchizatçılar ilə endirimlər və sərfəli kredit şərtləri də daxil olmaqla bütün şərtlər barədə danışıqların aparılması;

Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirmək;

Üçüncü şəxslər ilə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırmaq;

Şirkətin inzibati və qeydiyyat işlərinin tələblərinə riayət etmək;

Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat vermək;

Tələb olunduqda daşınma və gömrük işlərini həll etmək;

Vəzifə təlimatı üzrə lazım olduğu təqdirdə ezamiyyətlərə gedə bilmək.

Tələblər:

Təhsil: Ali təhsil 

Təcrübə: Müvafiq vəzifə üzrə 3-5 il iş stajı (tikinti sahəsi üzrə iş təcrübəsi olmalıdır).

Dil biliyi: İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır. 

Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığı olmalı;

CV – lərinizi mövzunun başlığı alıtnda  [email protected]    adresinə göndərin

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]