Beynəlxalq Satınalma və Logistika üzrə Mütəxəssis tələb olunur

Satınalma üzrə mütəxəssis


İşəgötürən – Fostanpak MMC

Tələblər:

Təhsil: Ali

İş təcrübəsi: Müvafiq vəzifədə minimum 3 il

Dil bilikləri: İngilis, Rus və Azərbaycan dilləri – sərbəst (şifahi və yazılı) – Əsas Rus dili

Əmək haqqı: 800 – 1000 azn (namizədin təcrübəsindən asılı olaraq)

Xarici bazar üzrə araşdırma, qiymətləndirmə aparmaq və optimallaşdırmaq üçün təkliflər vermək;

Yüksək şifahi və yazılı  kommunikasiya səviyyəsi

Daşınmaların təşkili üçün effektiv və sərfəli yolların araşdırılması

Material və məhsulların texniki məlumatlarının araşdırılması və müqayisə olunması;

Müvafiq hesabatların hazırlanması

Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi

Material və məhsulların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;

Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət etmək;

Daxil olan satınalma sifarişlərinin vaxtında və keyfiyyətli həyata keçirmək

Müqavilələrin bağlanması, şərtlərin müəyyən edilməsi və öhdəliklərin vaxtında icra edilməsini kontrol etmək

Faydalı şərtləri təmin etmək üçün xarici və daxili satıcılarla danışıqlar

Təchiz olunan malların və xidmətlərin keyfiyyətinə nəzarət etmək

Tədarük prosesində maneələrin, problemlərin aradan qaldırılması və koordinasiyası.

Rəqabətli əmək haqqı

Karyera imkanları

AR Əmək qanunveriliyi üzrə sənədləşmə

5 gün 09:00-18:00

Şənbə günü 09:00-15:00

Maraqlanan namizədlər mövzuda “Xarici satınalma üzrə mütəxəsis” və əmək haqqı iddiasını qeyd etməklə CV-lərini   nazrin.a@monopak   adresinə göndərsinlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]