Satınalma mütəxəssisi axtarılır

Satınalma üzrə mütəxəssis


İşəgötürən – Comitec Caspian

 Satınalma mütəxəssisi üçün ixtisas göstəriciləri:

Təchizat sahəsində satınalma mütəxəssisi kimi iş təcrübəsi 

Sənaye məhsulları haqqında biliklər (inşaat materialları, iş təhlükəsizliyi məhsulları, alətlər, sənaye ehtiyat hissələri,maşın ehtiyyat hissələri)  

Yazılı və şifahi ünsiyyət bacarığı

Danışıq aparma və problem həll etmə bacarıqları 

Yerli sənaye bazar məhsulları haqqında məlumat sahibi olma

Xarici təchizatçılarla əlaqələr qurma bacarığı. 

Müxtəlif iş vəziyyətlərinə çevik işgüzarlıq ilə reaksiya vermə bacarığı

Azərbaycan, ingilis və rus dillərini yaxşı bilənlərə üstünlük verilir. 

Nümumnəvi şəxsiyyətli, peşəkar davranışlı, ifadəli, ünsiyyətcil və sürətli öyrənən. 

Satınalma Mütəxəssisinin əmək funksiyaları:

Mal və xidmətlərin yerli və xarici tədarükçülərini müəyyənləşdirilməsi

Mal göndərənlər və potensial təchizatçılar ilə malların (vəya xidmətlərin) qiyməti, keyfiyyəti, təchizat tarixləri və s. şərtlərin razılaşdırılması üçün danışıqların aparılması. 

Mal tələbləri üzrə yaranan dəyişikliklər və təfərrüatları ilə bağlı təchizatçılarla və layihə rəhbərləri ilə əlaqələrin qurulması. 

Satınalma sifarişlərinin yaradılması və bunları tədarük risklərinin qiymətləndirilməsi 

İş şəraiti:

İş qrafiki: həftəfə 5 günü saat 09:00-18:00

Mobil danışıqlar ofis tərəfindən təmin edlir

Üç ay sınaq müddəti

Əmək haqqı: Namizədin təcrübəsinə əsasən müəyyənləşdiriləcək.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini   [email protected]    e-mailin mövzu hissəsində “Satınalma mütəxəssisi” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]