Xarici satınalmalar üzrə mütəxəssis axtarılır

Satınalma üzrə mütəxəssis


İşəgötürən – Buta Supply

Vəzifə öhdəlikləri: 

Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;

Xarici bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin xarici bazarda araşdırılması;

Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların, danışıqların aparılması, görüşlərin təşkil edilməsi;

Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;

Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;

Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;

Hesabatların hazırlanması və analiz olunması.

Tələblər:

Ali təhsil 

Xarici satınalma sahəsində ən az 1 il təcrübə

Microsoft Office (Word, Excel) proqramlarında işləmə bacarığı; 

Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;

Türk dili biliyi mütləqdir (İngilis  və rus dili biliyi üstünlükdür) ;

Əlavə məlumat:

Əmək haqqı:  razılaşma yolu ilə təyin olunacaqdır ; 

İş qrafiki: I-V gün 09:00-18:00, şənbə və bazar-istirahət günü.

İş yeri: Bakı şəhəri

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hissəsində “Xarici satınalmalar üzrə mütəxəssis” yazıb   [email protected]    e-mail ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]