Sabah Group IT mütəxəssisi axtarır

İşəgötürən: Sabah Group
Vakansiya: IT mütəxəssis
Son tarix: 10 sentyabr 2022
Vəzifələri:
-IT menecerin birbaşa tapşırıqlarını icra etməli;
-Şirkətin tələblərinə uyğun olaraq informasiya texnologiyalarının əmək prosesinə tətbiqi ;
-Tələb yarandıqda yeni avadanlıqların axtarışı,alışı və lazım gələrsə işə hazır vəziyyətə gətirilməsi;
-Avadanlıqların proqram və aparat təminatının servisi;
-Avadanlıqların işçilərə təhkim olunması və təhvil-təslim aktı əsasında prosesin nizamlanması, işçi avadanlıqla səliqəsiz davrandığı zaman uyğun tədbirlərin həyata keçirilməsi ;
-İşçilərin IT ilə bağlı suallarına ilkin yardım, həll olunması və uyğun köməkliyin göstərilməsi;
-Şirkətdaxili elektron mal dövriyyəsi sistemini öyrənməli, lazım gələrsə köməklik göstərməlidir ;
-Şirkətə aid obyektlər arasında , habelə obyektlər daxili şəbəkə infrastrukuruna xidmət olunması, şəbəkə administrasiyası ilə bağlı digər proseslərin icrası ;
-Əməliyyat sistemləri ilə bağlı məsələlərin həll olunması, uyğun sistem administrasiyası ilə bağlı digər proseslərin icrası;
Tələblər:
-Ali təhsil (İnformasiya texnologiyaları, fizika və riyaziyyat);
-İş stajı: Müvafiq sahə üzrə təcrübə
-Dil bilikləri: Rus dili (arzuolunandır), ingilis dili (arzuolunandır);
-Kompüter bilikləri: Microsoft Windows XP, Vista, 7, 8, 10 əməliyyat sistemlərini yaxşı səviyyədə bilməli
İş rejimi : həftənin 5 günü, saat 10:00 – 19:00
Əmək haqqı: İlkin olaraq sınaq müddətində 600-800 AZN
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 saat, 36 dəq
- 1 saat, 38 dəq
- 1 saat, 53 dəq
- 1 saat, 55 dəq
- 2 saat, 9 dəq