Risklərin idarə edilməsi üzrə mütəxəssis axtarılır

Mütəxəssis


“NBA Technologies International LLC” risklərin idarə edilməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

-Elan tarixi: 15.04.2022

-Bitmə tarixi: 15.05.2022

-Şirkət: NBA Technologies International LLC

-Ərazi: Bakı

-Əmək haqqı: Müsahibə əsasında

-Staj: 1 il

-Yaş həddi: 24 — 40 yaş

-Təhsil: Natamam ali təhsil (bakalavr)

-İş rejimi: Tam iş günü (5 gün)

-Müqavilə: Əmək müqaviləsi

-E-mail: [email protected]

Öhdəliklər:

Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;

Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;

Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;

Şirkətin struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;

Şirkətin riskləri üzrə risk xəritəsinin yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;

Tələblər:

Vətəndaş qüsursuzluğuna malik olma.

Təhsil: Ali iqtisadi və ya maliyyə təhsili.

Təcrübə: Zəruri minimum iş təcrübəsi 1 il

Kompüter biliyi: Microsoft Office (Word, Excel, Power Point, Outlook), SQL

Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili, Rus dili (arzu olunandır)

Digər tələblər: Texniki –analitik biliklər

Qanunvericilik, sənədləşmə biliyi: Bank qanunvericiliyi, “Banklarda risklərin idarə olunması haqqında” Qaydalar, AR MB-nin digər normativ aktları, MBNP-nin normativ aktları ilə tanış olmaq.

İş rejimi: həftənin 5 günü, 09:00-18:00
İstirahət: Şənbə və bazar günləri

Zəhmət  olmasa  CV – nizi fotoşəkili ilə elektron  poçt ünvanına “Risklərin idarə edilməsi üzrə mütəxəssis” yazıb e-mail adresinə [email protected] göndərin. Əlaqə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə saxlanılacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]