“RAM” Holdinq hüquqşünas axtarır
“RAM” Holdinq QSC Hüquqşünas vakansiyası elan edir!
Namizədə olan tələblər:
-Ali hüquqi təhsil;
-İş təcrübəsi: minimum 1 il
-Dil biliyi – Azərbaycan dilində səlis danışıq və yazı (ingilis və rus dili üstünlükdür)
Vəzifə öhdəlikləri:
-Məhkəmə üçün sənədlərin hazırlanması;
-Məhkəmə proseslərində şirkətin təmsil edilməsi;
-Şirkətin icra, hüquq mühafizə orqanlarında, mediasiya təşkilatlarında təmsil edilməsi;
-Məhkəmə qərarlarının icrasının təmin edilməsi üzrə iş;
-Hüquqi şəxslərin təsis sənədlərində edilmiş dəyişikliklərin və faktların sonrakı dəyişikliyinin dövlət –qeydiyyatına alınması üçün zəruri sənədlərin hazırlanması;
-Yeni növ müqavilələrin şablonlarının tərtib edilməsi;
-Şirkət strukturlarının iş prosesi zamanı tətbiq etdiyi müqavilələrin (mülki, əmək, xidməti, icarə xarakterli müqavilələrin) ekspertizasının həyata keçirilməsi, dəyişikliklərin aparılması.
İş şərtlərimiz:
-Əmək haqqı: müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən ediləcək.
-İş qrafiki: həftə içi 5 gün, saat 08:30 – 17:30;
-Şirkət hesabına korporativ nömrə;
-İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. 28/30 (21 saylı məktəbin yaxınlığında)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
2 ay, 2 həftə, 11 saat, 10 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 3 gün, 12 saat, 5 dəq
- 7 ay, 2 həftə, 3 gün, 13 saat, 58 dəq
- 10 ay, 3 həftə, 1 gün, 8 saat, 43 dəq
-
11 ay, 3 gün, 4 saat, 14 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır