Ram Holding İT təhlükəsizlik İnzibatçısı axtarır

İşəgötürən: Ram Holding
Vakansiya: İT Təhlükəsizlik İnzibatçısı
Son tarix: 26 may 2022
Namizədə olan tələblər:
-Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
-Təcrübə: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
-Dil bilikləri: İngilis və rus dillərində sahə üzrə terminoloji biliklərin olması;
-Şəbəkə, Sistem, Təhlükəsizlik avadanlıqları və bu avandalıqların əməliyyat sistemləri üzrə anlayışlar;
-İT Governance;
-Risk management;
-Təhlükəsizlik planı, siyasəti və prosuduru yazmaq bacarığı;
-İT audit standartlarına dair məlumatının olması;
-Beynəlxalq İT standartları üzrə biliklər;
-Security Operation Center (SOC), SIEM, DLP, Vulnerability scanner və digər təhlükəsizlik sistemləri üzrə bilikləri olmalıdır;
-İT nəzarət və qiymətləndirmə, İT audit, İTİL və ya COBİT standartları üzrə bilikləri arzuolunandır.
Vəzifə öhdəlikləri:
-Holdinqin informasiya təhlükəsizliyini qorumaq;
-Məlumat təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsi və idarə edilməsində iştirak etmək;
-İT fövqəladə hallar planı ilə işləmək;
-Məlumat təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçirmək;
-Texniki avadanlıqların iş təhlükəsizliyini nəzarət etmək, serverlərin və şəbəkə avadanlıqlarının təhlükəsizliyini yoxlamaq;
-Kibertəhlükəsizlik üzrə dövri status hesabatlar hazırlanmasında iştirak edir;
-Təhlükəsizlik sistemlərini konfiqurasiya etmək, təhlükəsizlik tələblərini təhlil etmək və təkmilləşdirmələri tövsiyə etmək;
-Şübhəli davranış üçün şəbəkə trafikini izləmək;
-Şirkətin lokal şəbəkəsinin sxeminin hazırlanmasında iştirak edir;
-Lokal şəbəkənin seqmentləşdirilməsində iştirak edir və seqmentlərin təhlükəsizliyinə nəzarət edir;
-Perimetrdə və lokal şəbəkədə yerləşən qoruyucu firewall avadanlıqlarını konfiqurasiya edir və nəzarət edir;
-Firewall avadanlıqlarında icazələrin verilməsində iştirak edir;
-Təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin işlək olmasını təmin edir və loqlama mexanizmlərini konfiqurasiya edir;
-Kritik informasiya sistemlərinin və avadanlıqların təhlükəsizlik tələblərinə uyğun sazlanmasını təmin edir;
-Web proqramların təhlükəsizliyini təmin edən nəzarət sistemini qurur və işinə nəzarət edir;
-Şirkətin kritik informasiya resurslarında olan dəyişikliklərin həyata keçirilməsində kibertəhlükəsizlik nəzarət mexanizmlərini sazlayır;
-Periodik olaraq daxili və xarici penetration və vulnerability testlərini həyata keçirmək, təhdidləri müəyyən etmək və müdafiə etmək;
-Daxili audit, risk və informasiya təhlükəsizliyi yoxlamaları nəticəsində ortaya çıxmış kibertəhlükəsizlik üzrə boşluqları aradan qaldırır;
-Şirkətin əməliyyatlarının dayanıqlığı və qəzalardan bərpa planlaşdırılmasında, testləşdirilməsində və icrasında iştirak edir;
-Son istifadəçi sistemlərində yoxlamalar aparmaq, boşluqların aradan qaldırılmasını təmin etmək;
İş şərtlərimiz:
-Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
-İş qrafiki : Tam iş günü (5 gün);
-İş saatları: 08:30-17:30;
-Çalışacağınız ünvan: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında);
-Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İT Təhlükəsizlik İnzibatçısı” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 gün, 2 saat, 52 dəq
- 2 gün, 2 saat, 54 dəq
- 2 gün, 2 saat, 56 dəq
- 2 gün, 2 saat, 59 dəq
- 2 gün, 3 saat, 3 dəq