“Rabitəbank” Bakı filialları üzrə hüquqi şəxslər üzrə əməliyyatçı axtarır

“Rabitəbank” ASC Bakı filialları üzrə Hüquqi şəxslər üzrə əməliyyatçı vəzifəsi üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
-ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən və Hüquqi şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
-Bank məhsulu və xidmət satışını həyata keçirtmək;
-Vergi, məhkəmə, DSMF və digər icra orqanlarının sərəncamlarının icrasını təmin etmək.
Namizədə olan tələblər:
-Ali təhsil (iqtisadi olması arzuolunandır);
-Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
-Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməsi (İngilis dili arzu olunandır);
-Analitik düşünmə qabiliyyəti;
-Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
-MS Office proqramlarından sərbəst istifadə bacarığı;
-Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquqi şəxslər üzrə əməliyyatçı” göstərməyiniz xahiş olunur.
Vakansiyalar
- 2 gün, 16 saat, 14 dəq
- 2 gün, 21 saat, 55 dəq
- 2 gün, 21 saat, 59 dəq
- 2 gün, 22 saat, 5 dəq
- 3 gün, 21 saat, 21 dəq