Qala Group təchizat üzrə mütəxəssis axtarır

İşəgötürən: Qala Group
Vakansiya: Təchizat üzrə mütəxəssis
Son tarix: 07 iyul 2022
Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:
-Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
-Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
-Açılmış sifariş formalarının analizi;
-Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması;
-Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
-Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
-Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
-Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;
-Təchizatçıların seçimi və qiymətləndirilməsi;
-Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
-Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):
-Ali təhsil
-Təchizat sahəsində ən az 3 il iş təcrübəsi
-25-40 yaş
-Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq
-Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı
-Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı
-Bazarı təhlil etmək bacarığı
-Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
-Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış
-Dil bilikləri: Ingilis, Azərbaycan və Rus dilləri – mükəmməl səviyyədə
-MS Office proqramları, 1C biliyi
-Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
-Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları
İş rejimi – həftədə 5 günlükdür
iş saatları – 09.00-18.00
1 saatlıq nahar fasiləsi
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Namizədlərdən şəkilli CV-lərini “Təchizat üzrə mütəxəssis” mövzusu iləgöndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 gün, 16 saat, 47 dəq
- 2 gün, 22 saat, 28 dəq
- 2 gün, 22 saat, 32 dəq
- 2 gün, 22 saat, 38 dəq
- 3 gün, 21 saat, 54 dəq