Problemli kreditlər üzrə mütəxəssis, aparıcı və baş mütəxəssis tələb olunur

Mütəxəssis


Para BOKT Şəmkir, Şirvan, Ağcabədi, Beyləqan filiallarına problemli kreditlər üzrə mütəxəssis, aparıcı və baş mütəxəssis vəzifələri üzrə vakansiya elan edib.

Vəzifə öhdəlikləri:

-Problemli kredit portfellərinə nəzarət etmək;

-Problemli kreditlərlə bağlı kredit mütəxəssislərinə verilmiş tapşırıqların icrasına nəzarət etmək;

-Problemli kreditlərlə əlaqədar sənədlərin məhkəməyə hazırlanması işinin filiallar tərəfindən icrasını izləmək   və bu işə hərtərəfli kömək etmək;

-Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaratmaq;

-Tələb olunan formada borcların yığılması, cari borclu müştərilər barədə məlumat və borcların yığılmasının nəticələrinə dair problemli kreditlərin yığımına rəhbərlik edən məsul şəxsə hesabatlar vermək;

-Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək.

-Məhkəməyə verilmiş işləri nəzarətdə saxlamaq;

-Mütəmadi icra tədbirlərinə nəzarət etmək; 

-Kreditlər üzrə monitorinq aparmaq;

Namizəd üçün tələblər:

-Ali təhsil;

-Problemli müştərilərlə iş üzrə 1-3 il təcrübə;

-Azərbaycan dilini mükəmməl bilmək, Rus dilini bilmək arzu olunandır;

-Ünsiyyət qurmaq bacarığı yüksək səviyyədə; 

-Stressə davamlılıq və kollektivdə işləmək bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilər (mövzu hissəsində Problemli kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis göstərməyiniz xahiş olunur)

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]