Performance Center Co dəmirçi-rəngsaz sexinin meneceri axtarır (Koordinatoru)

İşəgötürən: Performance Center Co
Vakansiya: Dəmirçi-Rəngsaz sexinin meneceri (Kordinatoru)
Son tarix: 09 iyul 2022
Vəzifə öhdəlikləri:
-Servisə müraciət edən avtomobillərin əzilmiş hissələrininin təmirini və avtocilalama xidmətini təşkil etmək.
-Avtomobillərin təmir edilmiş hissələrini rənglənməsini təmin etmək
-Avtonəqliyyat vasitələrini təmir etmək üçün zəruri olan alətlərin təmin edilməsi ilə aidiyyəti şöbələrə müraciət etmək.
-İstifadə olunan alətlərin qorumasını və avadanlıqlara lazım olan texniki qulluğun göstərilməsinə nəzarət etmək
-Sığorta halları ilə bağlı daxil olan işlərin qiymətləndirilməsini və icrasını təmin etmək
-Sığorta şirkətləri ilə korporativ əməkdaşlıq aparmaq.
-Şirkətin strukturu və idarəetmə prinsiplərini öyrənmək, subordinasiya və etika qaydalarına riayət etmək
-Vəzifəsinin icrası ilə əlaqədər tapşırıqları yerinə yetirmək
-Əməyin mühafizəsi, əmək, nizam-intizam, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena qaydalarına riayət etmək
-Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq
-Rəhbərlik tərəfindən verilən digər göstərişləri vaxtında və düzgün qaydada yerinə yetirmək.
Tələblər:
-Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
-Texniki ali təhsil
-Yaş həddi: 26-40;
-Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili arzuolunandır;
-Texniki əməliyyatlarının planlaşdırılması sahəsində təcrübənin olması;
-Müasir avtotexnikanın quruluşunu və təmir texnologiyalarını yüksək səviyyədə bilməli;
-Təhlükəsizlik texnikası və texniki şərtlər haqqına məlumatın olmalı;
-Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı olmalı;
-Dəqiq, intizamlı, stresədayanıqlı və işinə qarşı məsuliyyətli olmalı.
İş şərtləri:
-İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
-Əmək haqqı: 1500-1800 ₼
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Dəmirçi-Rəngsaz sexinin meneceri” qeyd [email protected] etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 13 saat, 51 dəq
- 1 gün, 14 saat, 46 dəq
- 1 gün, 15 saat
- 2 gün, 9 saat, 23 dəq
- 2 gün, 9 saat, 28 dəq