PAY Group mühasib köməkçisi axtarır

İşəgötürən: PAY Group
Vakansiya: Mühasib köməkçisi
Son tarix: 27 may 2022
Vəzifə barədə məlumat:
-Bütün növ hesab-fakturaları, xərc sənədlərini və ödənişlə bağlı müraciətləri qəbul və icra etmək;
-E-qaimələrin, EVHF kəsilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsinə köməklik göstərmək;
-Rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
-Hesablamaları yoxlamaq və dəqiqliklə hesablar sisteminə köçürmək;
-Ödəniş sənədləri, qaimələr və digər əməliyyatlarla bağlı qovluqların saxlanılması və yenilənməsini həyata keçirmək;
-Birbaşa rəhbər və ya müvafiq şəxslərin müraciəti əsasında faylları və ya məlumatları, o cümlədən proseslər, fotosurətlər, fayllar, sənədləri və hesabatları hazırlamaq;
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
-Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
-Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
-Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
-Azərbaycan və rus dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili arzu olunandır);
-Əla kompüter bilikləri (Excell, Word və mühasibatlıq sistemlərini üzrə);
-İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq;
-Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
-Təşəbbüskar, qərar qəbul etmək qabiliyyəti;
-Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
-İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
-Vakansiyaya yalnız xanım namizədlər müraciət edə bilər.
İş şəraiti:
-İş qrafiki: Həftənin 5 günü, 10:00-dan 19:00-dək
-Şənbə və bazar qeyri iş günləridir
-Nahar şirkət tərəfindən təmin olunur
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi göndərə bilərsiniz.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 5 saat, 13 dəq
- 4 gün, 9 saat, 15 dəq
- 4 gün, 14 saat, 56 dəq
- 4 gün, 15 saat
- 4 gün, 15 saat, 6 dəq