PAY Group layihə üzrə mütəxəssis axtarır

Mütəxəssis

layhiə


İşəgötürən: PAY Group

Vakansiya: Layihə üzrə mütəxəssis

Son tarix: 24 sentyabr 2022

Vəzifə barədə məlumat:

-Layihələr sifarişçinin istəyinə əsasən müxtəlif obyektlərdə, müxtəlif kateqoriyalı otaq qapıları, giriş qapıları, qapı dəstəklərinin quraşdırılmasından ibarət olacaq.

-Qapı quraşdırılması üzrə hazırlanmış layihə sənədlərini oxumaq, materialları analiz etmək və layihələrə tətbiq üçün uyğunluğu müəyyən etmək.

-Hazır layihələr əsasında qapı yerləri, qapı sayı və onların ölçüləri haqqında excel cədvəl tərtib etmək

-AutoCad proqramında çertyojlar üzərində iş aparmaq, detallarda dəyişiklik və ya əlavələr etmək

-Layihələrdə təqdim edilən qapı növlərini müəyyən edib onların say və ölçülərini fabrika sifariş vermək.

-Sifarişçi tərəfindən təqdim olunmuş layihələri, təsdiq olunmuş qaydalara uyğun olaraq texniki dəqiqliyə görə yoxlayıb, spesifikasiyalara və müqavilə razılaşmalarına riayət olunmasını təmin etmək;

-Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək;

-Layihələrlə bağlı işlərin gedişini izləmək və vəzifə öhdəlikləri daxilində layihənin gedişi ilə bağlı müştəri və ya maraqlı tərəfə bərabər səviyyədə məlumat vermək.

-İnformasiya texnologiyalarına əsaslanan sənədləşmə, simulyasiya, məlumat bazası və s. aid qaydalara əməl etmək;

-Layihə ilə bağlı gündəlik hesabatları rəhbərliyə təqdim etmək.

-Əmək funksiyasını texniki standartlar və milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirmək;

Vəzifə üzrə tələblər:

-Ali təhsil (Memarlıq və İnşaat sahəsində üstünlükdür)

-Layihə idarəetmə sahəsində ən azı 3-5 il iş təcrübəsi (Memarlıq, mühəndislik sahəsində iş təcrübəsi üstünlükdür);

-Çertyojları oxumaq və başa düşmək bacarığı

-Yüksək səviyyədə Azərbaycan və və rus dili biliyi, ingilis dili üstünlükdür;

-Auto Cad, Excel və Word proqramlarında sərbəst işləmək bacarığı;

-Effektiv şifahi və yazılı kommunikasiya bacarığı;

-Gərgin iş rejimində işləmək bacarığı;

-Qapı növləri, materialları və quraşdırılması sahəsində təcrübə üstünlükdür.

-İşin xarakteristikasına uyğun olaraq, xanım namizədlərə üstünlük veriləcək.

İş şəraiti:

-İş qrafiki: Həftənin 5 günü, 10:00-dan 19:00-dək.

-Şənbə və bazar qeyri iş günləridir.

-Nahar şirkət tərəfindən təmin olunur.

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.

-Əmək haqqı bilik və bacarığa uyğun olaraq razılaşdırlacaq.

Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi göndərə bilərsiniz.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. 

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]