PASHA Həyat korporativ katiblik şöbəsinin mütəxəssis-hüquqşünası axtarır

Hüquqşünas

pasha life


İşəgötürən: PASHA Həyat

Vakansiya: Korporativ katiblik şöbəsinin mütəxəssis-hüquqşünası

Son tarix: 01 iyun 2022

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 31 may 2022-ci il

Vəzifə Öhdəlikləri:

-Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının (komitə, komissiya) iclaslarının müvafiq prosedur və qaydalara uyğun təşkil edilməsi, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazır edilməsində iştirak etmək;

-İclaslar üçün tələb olunan məlumatların Şirkətin funksional bölmələrindən əldə edilməsi, zəruri hallarda, əldə edilmiş məlumatların ümumiləşdirilməsi, sistemləşdirilməsi və təhlil edilməsində iştirak etmək.

-Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının qərarlarının reyestrininin aparılmasında, qərar və tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarətdə iştirak etmək

-Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə və limitlərə cavab verməsinə nəzarətdə iştirak etmək

-Nəzarət orqanları tərəfindən gələn müraciət və sorğuların koordinasiyasında iştirak etmək.

-Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə olan tələblər:

-İş təcrübəsi: Hüquq sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.

-Təhsili/ixtisası: Hüquq ixtisası üzrə bakalavr dərəcəsi

-Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta

-Üstünlüklər: Korporativ katiblik və korporativ idarəetmə sahəsində təcrübəyə üstünlük verilir

-Kompüter bilikləri: MS Office: orta

-Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat əldəetmə.

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]