PASHA Bank satınalma üzrə kiçik mütəxəssis axtarır (analıq məzuniyyəti)
İşəgötürmə: PASHA Bank
Vakansiya: Satınalma üzrə kiçik mütəxəssis (analıq məzuniyyəti)
Son tarix: 04 iyul 2022
İşiniz nədən ibarətdir?
-Gündəlik əməliyyat dəstəyi göstərməklə yüksək keyfiyyətli müştəri xidmətinin idarəedilməsi;
-Bankın biznes ehtiyaclarının ödənilməsinin asanlaşdırılması;
-Bankın müəyyən etdiyi limitlərə uyğun olaraq aşağı və ya orta qiymətli alışlar üçün bazar araşdırmasının aparılması;
-Bankın ehtiyacları üçün mal və xidmətlərin şəffaf və sərfəli alışı;
-Bankın tələbləri əsasında hesab-fakturaların, aktların, təhvil-təslim qeydlərinin yoxlanılması;
-Satınalma dəstəyi baxımından bankın ehtiyaclarına vaxtında cavab verilməsi;
-Departamentlərin satınalma ilə bağlı məlumatlarla təmin edilməsi;
-Müvafiq reyestrlərin yenilənməsi və daxili satınalma sorğularının monitorinqi;
-Alınan malların müvafiq şöbələrə çatdırılması və paylanmasının təşkili;
-Müvafiq sənədlərin doldurulması və proseslərin dəqiq sənədləşdirilməsi;
-Daxili sənəd təsdiqlənməsinin idarəedilməsi;
-Bankın daxili qayda, proses, siyasət və təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə cavabdehlik.
Sizdən nə tələb olunur?
-Təhsil: Müvafiq sahədə Bakalavr təhsili
-İş təcrübəsi: İnzibati, sənəd nəzarəti və ya müştəri xidməti sahələrində minimum 2 il
-Xarici dillər: İngilis, Rus
-Kompüter bilikləri: Microsoft Office
-Digər: İnnovativ düşüncə, özünüinkişaf, hesabat hazırlama, problemləri həll etmə və güclü ünsiyyət bacarıqları.
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Satınalma üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
1 gün, 5 saat, 42 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
1 gün, 6 saat, 38 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 3 saat, 20 dəq
- 3 gün, 3 saat, 23 dəq
- 3 gün, 3 saat, 59 dəq