PASHA Bank məsafədən satış üzrə kiçik mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: PASHA Bank

Vakansiya: Məsafədən Satış üzrə Kiçik Mütəxəssis

Son tarix: 10 avqust 2022

İşiniz nədən ibarətdir?

-Bütün seqmentlər üzrə potensial müştərilərlə telefon əlaqəsi yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsi və satışların təmin edilməsi;

-Yeni və potensial müştərilərin məhsul və xidmətlər barədə məlumatlandırılması zamanı əlavə olaraq çarpaz satışların aparılması;

-Xüsusi siyahılar üzrə mövcud və potensial müştərilərə təkrar zənglərin edilməsi;

-Müştərilərə ipoteka üzrə xüsusi siyahılara əsasən zənglərin edilməsi; (İpoteka Fondu tərəfindən istənilən sənədlər barədə müştərilərin məlumatlandırılması)

-Bütün məhsullarla bağlı müştərilərə video zənglərin edilməsi;

-Bütün seqmentlərə aid müştərilər üçün bank tərəfindən təqdim olunan məhsulların satışının təmin edilməsi;

-“Miles&Smiles” məhsulu üztə dəstəyin təmin edilməsi;

-Telefon vasitəsilə müştərilərə məhsul barədə konsultasiyaların aparılması və zəngdən sonra satışın təmin edilməsi üçün müvafiq strukturlara müvafiq qeydiyyatların təqdim edilməsi;

-Xüsusi proqram təminatı ilə millərin və “welcome” millərin hesablanmasının yoxlanılması;

-Müştəriyə aid əlaqə nömrəsinin dəyişdirilməsi, video identifikasiya ilə müştərinin kartının əldə edilməsi və imzasının təsdiqi;

-Kartların müştəriyə çatdırılmasının təmin edilməsi, müştərilərin sifariş zamanı çatışmayan məlumatlarının əldə edilməsi, müştəri şikayətlərinin təhlili və həll yollarının müəyyənləşdirilməsi;

-Məsafədən satış zamanı prosesdə yaranan problemlərin aradan qaldırılması və müştəriyə lazımi dəstəyin göstərilməsi;

-Satılmış məhsulların monitorinqi, tamamlanmamış müraciətlərlə bağlı sistemdən daxil olan imeyllərin qəbulu və prosesə uyğun olaraq icrası;

-Müştərilərin əlaqə nömrələrinin axtarışı və müştərilərə proses üzrə dəstək göstərilməsi;

-Təqdim olunmuş siyahılara və müvafiq kanallardan daxil olan müraciətlərə əsasən potensial müştərilərlə əlaqə saxlayıb məlumatların təqdim edilməsi, satışların həyata keçirilməsi və müvafiq sənədlərin toplanması;

-Satış zamanı fiziki görüş tələb edən məhsullarla bağlı daxil olan müraciətlərin təhlil edilməsi və Müştəri Menecerləri arasında kredit sifarişlərinin bölgüsü və xidmətin sona qədər aparılmasının izlənilməsi;

-Yeni müştərilər cəlb edərkən prosesin mövcud ÖMT (Öz Müştərini Tanı) proseslərinə uyğun aparılması;

-Bankın daxili proses və qaydalarının, strategiyasının, kredit siyasətinin öyrənilməsi və onlara müvafiq fəaliyyət göstərilməsi;

-Müştərinin satışdan sonra yaranan narahatlıqları ilə bağlı müştərilərdən daxil olan sorğulara əsasən  müvafiq strukturlara müraciəti;

-Məhsul/xidmət əldə etmiş müştərilərin həmin məhsul üzrə yaranan sual və problemlərini araşdırmaq və müştəriyə lazımi dəstəyin göstərilməsi;

-Müştəri Menecerləri və potensial müştərilər üçün görüşlərin təmin edilməsi;

-Mümkün şübhəli əməliyyatların və hadisələrin müəyyənləşdirilməsi və təhlil edilməsi;

-Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların icrası.

Sizdən nə tələb olunur?

-Təhsil: İqtisadiyyat və ya müvafiq sahədə Bakalavr təhsili

-İş təcrübəsi: Müvafiq sahədə minimum 0-1 il  

-Xarici dillər: Azərbaycan dili (səlis), İngilis dili (səlis), Rus dili (səlis)

-Kompüter bilikləri: Microsoft Office (Excel, Word)

-Məhsul üzrə biliklər: Bankın məhsul və xidmətləri barədə məlumatlılıq

-Digər: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Məsafədən satış üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]