PASHA Bank kredit risklərinin idarəedilməsi üzrə mütəxəssis / baş mütəxəssis axtarır

İşəgötürən: PASHA Bank
Vakansiya: Kredit Risklərinin İdarəedilməsi üzrə Mütəxəssis / Baş Mütəxəssis
Son tarix: 01 sentyabr 2022
İşiniz nədən ibarətdir?
-Kredit risklərinin idarəedilməsi metodologiyasının inkişaf etdirilməsi, inteqrasiya edilməsi və davamlılığının təmin edilməsi;
-Bütün kredit məhsulu seqmentləri üçün qiymətləndirmə modellərinin və risk mühərriklərinin inkişaf etdirilməsi və davamlılığının təmin edilməsi;
-Gündəlik, yarımillik və illik əsasda MHBS-a uyğun olaraq “Kredit Zərərləri Ehtiyatı”nın vaxtında və düzgün hesablanmasının təmin edilməsi;
-Yerli tənzimləyici qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
-Kredit riski limitlərinin hesablanması və limit siyasəti və çərçivə yeniləmələri üçün tövsiyələrin verilməsi;
-Kredit dövriyyəsi ilə əlaqəli layihələrdə iştirak və risklərin nəticələrinə effektiv inteqrasiyasının təmin edilməsi;
-Bank aktivləri portfelinin və kredit risk profilinin yaxşılaşdırılması üçün analitik yanaşmalardan istifadə;
-Nəzarət limitləri, yuxarı həddləri və əsas risk göstəriciləri kimi etalon ölçülər daxil olmaqla, Risk Tolerantlığına dair baxış bucağının təqdim edilməsi və riskə uyğunlaşdırılmış gəlirləri artırmaq üçün diversifikasiya edilməsinin təmin edilməsi;
-Kredit portfelində yaranan risklər barədə bankın rəhbərliyinə dərhal məlumatın ötürülməsi;
-Maliyyə Hesabatlarında risklərin vaxtında və ehtiyatlı şəkildə əks etdirilməsinin idarəedilməsi;
-Qərar vermə prosesinə inteqrasiya olunmaq üçün proqnozlaşdırıcı, qabaqlayıcı və proaktiv kredit riskinin idarəedilməsi alətlərinin işlənib hazırlanması və davamlılığının təmin edilməsi;
-Mümkün kredit itkilərinin və kredit öhdəliklərinin yerinə yetirilməməsinin qiymətləndirilməsinə cavabdehlik;
-Bankda risk mədəniyyətinin təkmilləşdirilməsi alətlərinin təmin edilməsii və risk imkanlarının səviyyəsinin artırılması;
-Əsas risk faktorlarının müəyyən edilməsi və monitorinqi, həmçinin təklif olunan həlləri hazırlamaq üçün portfel səviyyəsində məlumatların təhlil edilməsi.
Sizdən nə tələb olunur?
-Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahədə Bakalavr təhsili
-İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahədə minimum 1-2 il mütəxəssis üçün, baş mütəxəssis üçün 3-4 il
-Xarici dil: İngilis dili (səlis)
-Lisenziya/ Sertifikat: CFA, FRM və maliyyə ilə bağlı sertifikatlar
-Kompüter bilikləri: Microsoft Office (Python, R kimi proqramlaşdırma dillərini bilməsi üstünlükdür)
Digər:
-Bazar haqqında məlumatlı olmaq
-Komanda işi
-Problem həll etmə bacarıqları
-Münaqişəli vəziyyətlərin idarəedilməsi
-Kredit riskləri yarada biləcək nəzəri halların KOS və İri Həcmli bizneslərə tətbiqini həyata keçirmək bacarığının olması, bazar haqqında məlumatlı olmaq
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Kredit Risklərinin İdarəedilməsi üzrə Mütəxəssis / Baş Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 saat, 55 dəq
- 2 saat, 57 dəq
- 3 saat, 12 dəq
- 3 saat, 14 dəq
- 3 saat, 28 dəq