PASHA Bank kredit risk anderrayter axtarır

İşəgötürən: PASHA Bank
Vakansiya: Kredit Risk Anderrayter
Son tarix: 14 may 2022
İşiniz nədən ibarətdir?
-Müştəri bazasının keyfiyyətinə əmin olaraq bankın potensial itki risklərini minimuma endirmək məqsədi ilə Fərdi və Özəl Bankçılıq üzrə borc alanlarla bağlı kredit riski təhlili;
-Bankın müvafiq kredit siyasəti və proseduraları ilə bağlı biliklərin genişləndirilməsi;
-Fərdi və Özəl Bankçılıq departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqinin təmin edilməsi;
-Kreditləşmə prosesində anderraytinq zamanı ehtiyac yaranarsa bankdaxili metodologiya, təlimat və qaydaların tələblərinin ekspert əsaslandırma ilə nəzərə alınmamasının təmin edilməsi;
-Sifariş edilən öhdəliklərin növündən və ümumi məbləğindən asılı olaraq kredit öhdəliklərində son qərar verici olaraq çıxış;
-Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsi;
-Fərdi və Özəl Bankçılıq üzrə daxili təlimat, proses və məhsulların inkişaf etdirilməsi ilə bağlı birbaşa təşəbbüs göstərilməsi və ya rəy verilməsi;
-Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanılması, kredit reytinqinin müəyyən edilməsi və müvafiq qərarların verilməsi;
-Ədalətli kredit reytinqlərinin təmin olunması üçün kredit riskinin keyfiyyətini əks etdirən ekspert rəyin verilməsi;
-Fərdi Bankçılıq Departamenti tərəfindən daxil olmuş defolt olma ehtimalı üzrə cədvəllərin (PD tool) yoxlanılması, nəzarət edilməsi və müştəri üzrə düzgün defolt olma ehtimal dərəcəsinin təsdiqi;
-Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icrası.
Sizdən nə tələb olunur?
-Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
-İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum 2-4 il
-Dil bilikləri: İngilis və Rus
-Lisenziya/Sertifikat: Risk Menecment, Bankçılıq və Kredit üzrə sertifikatlar
-Kompüter bilikləri: Microsoft Office
-Bazar bilikləri: Fərdi bankçılıq üzrə biliklər
-Digər: Bank qanunvericiliyi və requlyator tələblər ilə əlaqəli biliklər, bankçılıq və mühasibatlıq təcrübəsi
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 13.05.2022-ci il tarixinədək başlıqda “Kredit Risk Anderrayteri” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 7 saat, 39 dəq
-
2 ay, 4 gün, 3 saat, 10 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 11 saat, 8 dəq
- 2 ay, 1 həftə, 5 gün, 10 saat, 58 dəq
- 2 ay, 1 həftə, 5 gün, 11 saat, 1 dəq