PASHA Bank korporativ və institusional bankçılıq üzrə kredit analitiki axtarır

İşəgötürən: PASHA Bank
Vakansiya: Korporativ və İnstitusional Bankçılıq üzrə Kredit Analitiki
Son tarix: 06 iyun 2022
İşiniz nədən ibarətdir?
-Kreditlərin strukturlaşdırılması, bankın mövcud kredit məhsullarından istifadəsinin təmin edilməsi;
-Kredit məhsullarının müştərinin ehtiyacları və bankın daxili siyasət və prosedurlarına uyğunluğunun təmin edilməsi;
-Sifarişi təmin etmək məqsədilə müştərinin ilkin maliyyə və qeyri-maliyyə təhlilinin həyata keçirilməsi;
-Kredit risk anderraytinq və sonrakı mərhələlərdə müvafiq komitələrdə təsdiqini tapmaq üçün limitlər və kredit komitəsinə təkliflərin təqdim edilməsi;
-Müştərinin səlahiyyətli nümayəndəsi və müvafiq müştəri meneceri vasitəsilə görüşlərin keçirilməsi;
-Müştəridən ilkin təhlil və risklərin təyin edilməsi üçün lazımi məlumatın tələb edilməsi, risk anderraytinqinə müvafiq məlumatın çatdırılması və ehtiyac olduqda əlavə tələb olunan informasiyanın müştəridən alınıb koordinasiya edilməsi;
-Kredit və limitlərin öncədən təyin edilmiş limitlər və məqsədlər çərçivəsində istifadəsinə nəzarət;
-Müstəqil olaraq kredit strukturu və müştəriyə uyğun olan optimal məhsul qarışığına qərar verilməsi.
Sizdən nə tələn olunur?
-Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
-İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il təcrübə
-Xarici dil bilikləri: İngilis dili (orta)
-Kompüter bilikləri: Microsoft Office
-Texniki biliklər: IFRS
Müraciət edin:
Tələblərə cavab verən namizədlərdən müraciətləri 05.06.2022-ci il tarixinədək başlıq hissədə “Korporativ və İnstitusional Bankçılıq üzrə Kredit Analitiki” qeyd edərək göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
23 saat, 2 dəq
Apteklər şəbəkəsinə “Müştəri xidmətləri üzrə operator” tələb olunur (Gəncə)
-
23 saat, 14 dəq
“Nəqliyyat vasitələrinin izlənməsi üzrə mütəxəssis” tələb olunur
- 23 saat, 50 dəq
- 1 gün, 1 saat, 1 dəq
- 1 gün, 16 saat, 16 dəq